Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetində Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

10412.12.2025 - 11:30
Azərbaycan Universitetində Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl universitet kollektivi Fəxri Xiyabanda olub, Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

“Tehsil365” xəbər verir ki, universitetin tədris binasında keçirilən anım tədbirində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb. Həmçinin ümummilli liderin Azərbaycanın müstəqilliyini möhkəmləndirən strateji qərarları, milli inkişaf yolunu müəyyənləşdirən tarixi irsi, Azərbaycan elmi və təhsilinin inkişafına qayğısı diqqət mərkəzində olub.

Tədbir Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixinə silinməz izlər qoyub, böyük dövlət xadimi, strateq və vətənpərvər kimi ölkənin taleyində həlledici rol oynayıb. Azərbaycanın son 30 illik tarixinin hər səhifəsində onun imzası aydın görünür. Ümummilli liderin 1990-cı illərin ortalarından etibarən kərpic-kərpic qurduğu inkişaf strategiyasının real nəticələri artıq özünü göstərir. Məhz həmin strateji kurs sayəsində Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, tam suverenliyini təmin edib və bu gün müstəqil dövləti, bayrağı və himni ilə qürur duyur.

Açılış nitqinin ardından AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun “Ulu öndər Heydər Əliyev və elmin inkişafı” və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin “Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini möhkəmləndirmək tədbirləri” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin dayanıqlı əsaslarının formalaşdırılması, elm və təhsil sahəsində apardığı islahatlara müxtəlif aspektlərdən əhatəli şəkildə nəzər salınıb, ümummilli liderin elmi potensialın gücləndirilməsi, elmi müəssisələrin modernləşdirilməsi və alimlərin fəaliyyətinə göstərdiyi yüksək diqqət xüsusi vurğulanıb.

Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri fakültənin tələbələri Aytən Aslanova və Nəzrin Məmmədzadənin “Ulu öndər Heydər Əliyevin iqtisadi islahatları” mövzusunda təqdimatları ilə yekunlaşıb.

Nərgiz Süleymanova

Xəbər Lenti

Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayıb – sürücülərə xəbərdarlıq14.12.2025 - 14:32
Universitet Liqası çərçivəsində “Bilik Kuboku”nun qalibləri müəyyənləşib14.12.2025 - 14:15
Məktəblərdə Təhsil Keyfiyyəti və Şagirdlərin Motivasiyası Problemi14.12.2025 - 14:00
"Zootopia 2" kassa rekordu qırdı14.12.2025 - 13:59
Gənc yazıçı Aydan İsmayılova: “Ədalətin Təqibində” oxucunu həqiqətlə üz-üzə qoyur14.12.2025 - 13:50
Bu şokoladı şəkər xəstələri də yeyə bilər14.12.2025 - 13:46
Soyuducuya şüşə banka qoymayın - XƏBƏRDARLIQ14.12.2025 - 13:31
Qrip virusu ilə necə mübarizə aparaq?14.12.2025 - 13:16
"Uşaq Avroviziya": Azərbaycan 15-ci oldu14.12.2025 - 13:01
Milli qəhrəman Əliyar Əliyevin doğum günüdür14.12.2025 - 12:47
Yeniyetmə karateçilərimiz dünya çempionatında 5 medal qazandılar14.12.2025 - 12:30
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir14.12.2025 - 12:17
Kolleclərə yeni direktor müavinləri təyin olundu14.12.2025 - 12:00
ASAP xarici ölkələrdə Ümummilli Liderin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib14.12.2025 - 11:42
Ceki Çan Xəzər sahilində film çəkəcək14.12.2025 - 11:30
İşdən çıxarılan məktəb direktorunun şikayəti ilə bağlı Ali Məhkəmə qərar çıxarıb14.12.2025 - 11:15
Məktəb dərsliklərindəki “tərsliklər”14.12.2025 - 11:00
İncəsənət məktəblərində yeni sistem: Valideynlər övladlarının dərsə davamiyyətini və fənn nəticələrini izləyə biləcəklər14.12.2025 - 10:45
Ürək sağlamlığı üçün ideal şam yeməyi açıqlandı14.12.2025 - 10:30
Tələbələr “ağıllı qələm” ixtira etdi14.12.2025 - 10:14
Rəbiyyə Müseyibzadə: "Dual təhsildə normativ hüquqi bazanın hazırlanması planlaşdırılır"14.12.2025 - 10:00
Peşə təhsili müəssisələrinə direktor və müavin vəzifələrinə qəbul üzrə müsabiqənin nəticələri elan olunub14.12.2025 - 09:50
“Nazirlik elə nəşriyyat var ki, onlardan 100 minlik...” - Kəramət Böyükçöl14.12.2025 - 09:35
Daha bir regionda məktəblər elektron jurnala keçdi - RƏSMİ14.12.2025 - 09:15
Harvard Universiteti Səhiyyə Mərkəzinin rəhbərini əvəz etdi14.12.2025 - 08:46
MAGA-nın ağ üstünlük dərsinə görə sanksiya verilən mühazirəçi tədrisə yenidən başlayır14.12.2025 - 08:33
Müasir şagirdlər artıq bütöv kitab oxumurlar 14.12.2025 - 08:20
İnklüzivliyin ölçülməsi: şuralar, xeyriyyə təşkilatları və sektordan dərslər14.12.2025 - 08:07
1846-cı ildə Cənubi Qafqazın inzibati bölgüsündə əhəmiyyətli dəyişikliklər edilib14.12.2025 - 07:54
1919-cu ildə Bakıda Azərbaycan-Ermənistan konfransı keçirilib14.12.2025 - 07:41
1996-cı ildə Xəzərdə mühüm neft sazişləri imzalanıb14.12.2025 - 07:28
Valideyn komitələrinin fəaliyyətində sistemləşdirməyə ehtiyac var14.12.2025 - 07:15
Sabirabadın Quruzma kənd tam orta məktəbi yenilənmiş təhsil infrastrukturu ilə istifadəyə verilib14.12.2025 - 07:02
Izzət Balacayev – Vətən Müharibəsinin qəhrəman igidi14.12.2025 - 06:49
Milli Qəhrəman Əliyar Əliyevin doğum günü anılır14.12.2025 - 06:36
1929-cu ildə Dilarə Əliyeva anadan olub14.12.2025 - 06:23
1908-ci ildə akademik Müzəffər Abutalıbov anadan olub14.12.2025 - 06:10
1915-ci ildə görkəmli müğənni Rəşid Behbudov anadan olub14.12.2025 - 05:57
Azərbaycan musiqisinin ustadı Azər Rzayev anılır14.12.2025 - 05:44
Qarabağ xanəndəlik məktəbinin ustadı – Qədir Rüstəmov anılır14.12.2025 - 05:31
Qənirə Ataşovanın doğum günüdür14.12.2025 - 05:18
Azərbaycan diplomatiyasının parlaq siması – Adil xan Ziyadxanov14.12.2025 - 05:05
Nağı Əbdüləzimovun xatirəsi ehtiramla yad olunur14.12.2025 - 04:52
Xudu Məmmədovun anadan olmasından 98 il ötür14.12.2025 - 04:39
Buta Airways-in təsisindən 9 il ötür14.12.2025 - 04:26
Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Xidmətlərinin yaradılmasından 9 il ötür14.12.2025 - 04:13
Bakı Zooloji parkının təsisindən 97 il ötür14.12.2025 - 04:00
Diş ağrısı nədir və niyə yaranır?13.12.2025 - 19:09