Müəllimlər sadəcə elm deyil, həm də mühiti, dinləmə qabiliyyətinini, göz təmasını, təmkinli və sakit danışmağı, emosiaları anlamağı, özlərini rahat ifadə etmək bacarığını şagirdlərə öyrətməlidirlər.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib. O, bildirib ki:
“Sosial bacarıqların məktəb zamanında formalaşdırılması uşağın gələcəyinə çox böyük bir təsir göstərir. Bu əsasda müəllim və şagird münasibəti nəticəsində formalaşır. Ona görə də, sosial bacarıqların formalaşdırılması məqsədli şəkildə olmalıdır. Yəni, şansla olacaq bir bacarıq deyil, proqram və məqsədli şəkildə olmalıdır. Məqsədli şəkildə davranış dedikdə, müəllim və şagird arasında ünsiyyət nəzərə tutulur. Şagird müəllimin davranışına, müəllimin etdiklərinə çox diqqətli şəkildə fikir verir. Ona görə də, müəllimlər mütləq dərəcədə diqqətli olmalıdırlar. Çünki, şagirdlər müəllimləri bir obraz kimi götürürlər.Əgər qəzəb, kin, acıq varsa istər istəməz şagirdlərə bu hərəkət təsir göstərir.
Müəllimlər sadəcə elm deyil, həm də mühiti, dinləmə qabiliyyətinini, göz təmasını, təmkinli və sakit danışmağı, emosiaları anlamağı, özlərini rahat ifadə etmək bacarığını şagirdlərə öyrətməlidirlər. Bir sözlə, şagirdlərin sosial bacarıqları da inkişaf etməlidir. Sosial bacarıqlar nəticəsində emosialar, duyğu və düşüncələr sağlam idarə edilir. Yəni, məktəb sinifdən ibarət bir yer deyil. Məktəb mühiti öyrədən ikinci bir müəllimdir. Çünki, biz orada inkişaf edir, böyüyür, gələcəyimizi formalaşdırırıq, istər emosional istərsə də, sosial bacarıqlarımızı formalaşdırırıq. Dərnəklər qurulmalı, təlim, tədbirlər keçirilməli və orda ünsiyyətin inkişafı haqqında danışıqlar keçirilməlidir. Hətta, bəzi sosial bacarıqları zəif olan uşaqlar və gənclərə daha çox təkan olaraq, onların öz bacarıqlarını tapmağa səbr və təmkinlə kömək olunmalıdır”.

