“Ümumitəhsil məktəblərində intizam qaydaları ilə bağlı bir neçə layihələr həyata keçirilib və ən sonuncusu təxminən 2 il bundan əvvəl tətbiq olunmağa başlayıb”
Bu barədə “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
Qeyd olunub ki, “Sözsüz ki bu layihələr çoxsaylıdır ama effektivlidirmi xeyr, bu da tam mənada əhatə etmədi. Məsələ burasındadır ki, bu gün valideyn, müəllim və şagird arasındakı münasibətlərdə boşluqlar var, yəni təhsil müəssələrinin çoxunda valideyn iclasları çağırılmır və ya hansısa şagir köçürülməsiylə bağlı proseslərdə ancaq çağrıla bilirlər”
Həmçinin ekspert bildirib ki, “Bu səbəblərə görə, məb düşünürəm ki, Elm və Təhsil Nazirliyi valideyn komittələri ilə bağlı bir nizamnamə tərtib etsə və bunu rəsmiləşdirsə bu çox faydalı olar. Bu halda şagir davranış qaydasına da təsir edər və valideyn, müəllimlər də buna diqqət yetirər”
Ekspert onu da qeyd edib ki, “Cəmiyyətimizdən gələn bir problem də var ki, insanlar müəyyən qədər aqressivləşib, bu şagirdlərə də təsir edir. Bəzi problemli ailələrdən gələn uşaqların davranışlarında müəyyən fərqliliklər ola bilər. Həmçinin, məktəblərdə psixoloq azlığı da bu məsələlərə zəmin yarada bilər”
Sonda qeyd olunub ki, “Düşünürəm ki, bu mövzuda olan neqativ halların əksəriyyəti ailədən gəlir. Şagirdlərin tərbiyəsi ilə məşğul olan valideynlər və qaydalara əməl edən müəllimlər yaxşı şagird yetişdirməklə yanaşı cəmiyyətimiz üçün faydalı gənclər yetişdirə bilərlər”.

