Təhsil 365 - Logo Mobile

Arxeologiya və Antropologiya İnstitutu elmi fəaliyyətinə dair illik hesabat verib

10212.12.2025 - 14:28
Arxeologiya və Antropologiya İnstitutu elmi fəaliyyətinə dair illik hesabat verib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin yekunlarına dair hesabat iclası keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə iştirakçılar il ərzində Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün bölgələri üzrə aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş mühüm artefaktlardan, eləcə də yeni nəşr olunmuş monoqrafiya, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

İclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi mədəniyyət abidələrinin aşkar olunduğunu bildirib. O, sərgidə nümayiş etdirilən Neolit və Albaniya mədəniyyətlərinə aid eksponatların, Avey dağında aşkarlanmış tapıntıların, eləcə də Qarabağın Azıx və Tağlar qədim insan düşərgələrindən tapılmış maddi mədəniyyət nümunələrinin böyük maraq doğurduğunu qeyd edib.

AMEA rəhbəri, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq institutda İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturlarının yaradıldığını diqqətə çatdırıb. O, Arxeologiya və Antropologiya İnstitutunun Naftalan şəhərində, Goranboy rayonunda, Astarada, Beşbarmaq dağında və Qarabağ bölgəsində apardığı arxeoloji qazıntılarla birbaşa yerindəcə tanış olduğunu söyləyib. Alim arxeoloqlara dron və GPS cihazlarının da təqdim edildiyini bildirərək, müasir texnologiyaların tətbiqinin arxeoloji tədqiqatların keyfiyyət və səmərəliliyini artıracağını vurğulayıb.

Akademik İsa Həbibbəyli arxeoloji materiallar əsasında qələmə alınan kitab və monoqrafiyaların, impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb. O, Xocavənd rayonunda yerləşən Tağlar mağarasında tədqiqatlar nəticəsində 1968-ci ildən sonra (Azıx adamının qalığı) ilk dəfə paleoantropoloji qalığın tapıldığını və hazırda tapıntının Yaponiyada təhlil edildiyini söyləyib. AMEA rəhbəri yaşı təxminən 80 min il olan neandertal insana aid artefaktın tarixləndirilməsi başa çatdıqdan sonra onun dünya miqyasında təqdimatının keçiriləcəyini deyib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli institutun fəaliyyətini yüksək qiymətləndirib, müəssisə əməkdaşlarının il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib.

Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova iclas iştirakçılarını institutun illik fəaliyyəti ilə bağlı hesabatla tanış edib. O bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları baş elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar” elmi istiqaməti üzrə tədqiqat işləri aparıblar. Bu elmi tədqiqat işlərinə 4 problemi əhatə edən 15 mövzu, 56 işi daxildir və əksər mövzular üzrə işlər plana uyğun olaraq aparılıb.

Ellada Bəkirovanın sözlərinə görə, hesabat ilində arxeoloji, antropoloji və kəşfiyyat xarakterli tədqiqatları əhatə 40-a yaxın ekspedisiya təşkil olunub. Cari ildə institut əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər rayonları ərazisində, eyni zamanda, İmişli, Ağstafa, Astara, Şəmkir, Tovuz, Goranboy, Şabran, Ağsu, Şamaxı, Qəbələ, Yardımlı, Cəlilabad, Quba, Abşeron, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində Ordubad, Kəngərli rayonlarında arxeoloji və antropoloji tədqiqatlar aparıblar. Tədqiqatların xeyli hissəsi işğaldan azad olunmuş rayonların payına düşüb. Bu qazıntı işlərinin bir hissəsi institutun bağladığı beynəlxalq müqavilələrə əsasən müştərək beynəlxalq ekspedisiyalar tərəfindən aparılıb.

O, Şəki “Yuxarı Baş”, Ağdam Şahbulaq, Siyəzən “Beşbarmaq”, İsmayıllı “Basqal”, Xocavənd “Tuğ” tədqiqatlarının Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirildiyini xatırladıb. Qeyd edib ki, cari ildə Mədəniyyət Nazirliyinin tabeliyində olan “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu”, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də arxeoloji ekspedisiyalar fəaliyyət göstərib.

Elmi katib müəssisənin beynəlxalq və yerli qrant layihələri barədə məlumat verərək bildirib ki, cari ildə Arxeologiya və Antropologiya İnstitutunda 2 əsas qrant layihəsi üzrə işlər davam etdirilib, institut əməkdaşları biri beynəlxalq olmaqla 4 yeni qrant layihəsinin qalibi olublar.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev fikir və təkliflərini bildirib, sualları cavablandırıb.

Səma Qarayeva

Xəbər Lenti

Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30
Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:15
BDU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş12.12.2025 - 18:00
Ulu Öndərin zəngin irsi Prezident Kitabxanasının fəaliyyətində mühüm yer tutur12.12.2025 - 17:55