Təhsil 365 - Logo Mobile

ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görülüb

10312.12.2025 - 14:36
ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görülüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə keçirilən “AICC CASPIAN 2025 – Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər” konfransı dekabrın 11-də başa çatıb.

Təhsil və tədqiqat tərəfdaşı qismində tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) son gündə də fəallığı ilə seçilib.

‘‘Tehsil365’’ bildirir ki, ADNSU-dan bildirilib ki, konfrans çərçivəsində texnoloji bütövlük, rəqəmsal innovasiyalar və sənayedə risklərin idarə olunması üzrə aktual mövzular müzakirə olunub. Konfransın sonuncu günündə keçirilən panel müzakirələrindən biri universitetin Neft-qaz və kimya mühəndisliyi üzrə proqram rəhbəri Elnur Əlizadənin moderatorluğu ilə aparılıb.

Konfransda, həmçinin ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılov “Xəzər dənizi üçün biomimetik damcı formalı üzən külək platformasının rəqəmsal ikili əsasında bütövlüyünün idarə edilməsi” mövzusunda, ADNSU-nun dosenti Aysel Qasımzadə “Mikrobioloji və elektrokimyəvi korroziyaya qarşı yeni çoxfunksiyalı inhibitorun tədqiqi” mövzusunda və müəllim Aytən Məmmədova “Neft sənayesində istismar olunan avadanlıqlar üçün funksionallaşdırılmış fenol-formaldehid kooliqomerləri əsasında antikorrozion örtük kompozisiyalarının işlənilməsi və tədqiqi” mövzusunda təqdimatla çıxış edib, tədqiqat nəticələrini paylaşaraq iştirakçıların suallarını cavablandırıblar.

Sərgi zalında ADNSU-nun stendinə gün ərzində iştirakçılar tərəfindən böyük maraq olub. Ziyarətçilərə universitetin tədris və tədqiqat imkanları, sənaye ilə əməkdaşlıq layihələri və beynəlxalq tərəfdaşlıqları haqqında ətraflı məlumat verilib.

Konfransın ən yadda qalan anlarından biri isə iştirakçıların səsverməsi ilə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun yadda qalan çıxışına görə “Aktivlərin dürüstlüyü” nominasiyası üzrə “Mükəmməllik” mükafatına layiq görülməsi olub.

Üç gün davam edən konfransda 14 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Konfransda aktivlərin bütövlüyü, rəqəmsal innovasiyalar, sənayedə risklərin idarə olunması və müasir texnologiyalar mövzusunda panel müzakirələri və təqdimatlar keçirilib. ADNSU konfrans boyunca həm panel müzakirələrində həm də sərgi çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisəsi kimi fəal iştirakı ilə yadda qalıb.

Səma Qarayeva

Xəbər Lenti

Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 07:56
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02
Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək13.12.2025 - 06:49
Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi13.12.2025 - 06:36
Astara şəhərində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib13.12.2025 - 06:23
Astara şəhərində Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş bilik yarışması keçirildi13.12.2025 - 06:10
Astara şəhərində “Gənclərin DİN sistemi üzrə təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirildi13.12.2025 - 05:57
Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaranmasından 101 il ötür13.12.2025 - 05:44
Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev anılır13.12.2025 - 05:31
Şərqşünas alim Saleh Əliyevin doğum günüdür13.12.2025 - 05:18
Əməkdar memar Abbas Ələsgərovun doğum günüdür13.12.2025 - 05:05
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi – Vidadi Nərimanbəyov13.12.2025 - 04:52
Azərbaycan musiqisinin tanınmış siması – Adil Gəray13.12.2025 - 04:39
Tahir İmanov – Azərbaycan komediyasının tanınmış siması13.12.2025 - 04:26
Nərgiz Paşayeva – Elmin və təhsilin ziyalı siması13.12.2025 - 04:13
1909-cu il: "Şeyx Sənan" operasının premyerası13.12.2025 - 04:00
BMU-da Ulu Öndərin anım günü ilə bağlı açıq dərslər keçirilib12.12.2025 - 19:56
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi12.12.2025 - 19:45
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir12.12.2025 - 19:30
Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 19:24
“Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 19:15
Yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq12.12.2025 - 19:00
Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:54
Əqli Mülkiyyət Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:45
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 18:30
Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib12.12.2025 - 18:15
BDU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş12.12.2025 - 18:00
Ulu Öndərin zəngin irsi Prezident Kitabxanasının fəaliyyətində mühüm yer tutur12.12.2025 - 17:55