13 dekabr 1962-ci ildə Bakıda anadan olan Nərgiz Arif qızı Paşayeva Azərbaycan elmi və təhsilinin görkəmli simalarından biridir.
"Tehsil365" xəbər verir ki, Filologiya elmləri doktoru, professor olan Nərgiz Paşayeva hazırda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. O, həmçinin AMEA-nın həqiqi üzvüdür (2 may 2017).
Nərgiz Paşayeva beynəlxalq elmi əməkdaşlıq sahəsində də fəal iştirak edir. O, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri və Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir.
Elmi-pedaqoji fəaliyyəti, milli-mədəni dəyərlərin təbliği və elmi əlaqələrin inkişafındakı xidmətləri ilə Nərgiz Paşayeva həm ölkədə, həm də beynəlxalq elmi dairələrdə nüfuz qazanmışdır.

