Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rolu olmuş tarzən, pedaqoq, dirijor və bəstəkar Adil Gəray 13 may 1919-cu ildə Bakıda anadan olub.
"Tehsil365" xəbər verir ki, Onun zəngin yaradıcılığı və pedaqoji fəaliyyəti uzun illər ərzində milli musiqimizin inkişafına xidmət edib.
Adil Gəray təkcə tarzən kimi deyil, həm də istedadlı dirijor və bəstəkar kimi tanınmışdır. O, muğam sənətinin incəliklərini dərindən bilən sənətkar idi və bu biliklərini həm səhnədə, həm də tədris prosesində uğurla tətbiq edirdi. Onun yetişdirdiyi tələbələr bu gün də Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edirlər.
1959-cu ildə Adil Gərayın sənətdəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və ona Azərbaycan SSR əməkdar artisti fəxri adı verilmişdir.
Adil Gəray 13 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Onun musiqi irsi bu gün də yaşamaqdadır və Azərbaycan muğam sənətində özünəməxsus iz qoymuşdur.

