Azərbaycan təsviri sənətinin inkişafında əvəzsiz xidmətləri olan, dəyərli fırça ustası Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 13 iyul 1926-cı ildə Fransanın Kann şəhərində anadan olmuşdur.
"Tehsil365" xəbər verir ki, Rəssamlıq sənətinə olan həvəsi və istedadı onu qısa zamanda tanınmış sənətkarlar sırasına yüksəltmişdir.
Vidadi Nərimanbəyovun əsərləri öz rəngkarlıq xüsusiyyətləri, dərin emosional təsiri və milli ruhu ilə seçilirdi. O, portret, mənzərə və məişət mövzularına müraciət edərək, Azərbaycan insanının həyat tərzini, duyğularını və mədəni kimliyini ustalıqla təsvir edirdi.
Yaradıcılığına görə yüksək qiymət alan rəssama “Azərbaycan SSR xalq rəssamı” fəxri adı verilmişdir.
Vidadi Nərimanbəyov 13 dekabr 2001-ci ildə Bakıda vəfat etmişdir. Onun zəngin irsi bu gün də Azərbaycan rəssamlıq məktəbinin parlaq səhifələrindən biri kimi yaşamaqdadır.

