Azərbaycanın igid oğlu, Birinci Qarabağ müharibəsi şəhidi Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində dünyaya göz açmışdır.
"Tehsil365" xəbər verir ki, Vətənə olan sonsuz sevgisi, cəsarəti və fədakarlığı ilə seçilən Nofəl Quliyev 1991-ci il dekabrın 13-də Goranboy rayonunun Todan kəndində qəhrəmancasına şəhid olmuşdur.
Döyüşlərdə göstərdiyi şücaətə və vətənpərvərliyə görə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Nofəl Quliyev öz canını Vətən uğrunda fəda edən igidlərimizdən biri kimi yaddaşlara həkk olunub.
Onun xatirəsi daim əziz tutulur, adı böyük ehtiramla yad edilir. Qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

