1922-ci il dekabrın 13-də Bakıda keçirilən I Zaqafqaziya Sovetlər Qurultayı (10–13 dekabr) tarixi qərarla yadda qaldı.
"Tehsil365" xəbər verir ki, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilən bu qurultayda Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan edildi.
Bu federasiya SSRİ-nin formalaşması prosesində mühüm mərhələlərdən biri hesab olunur. Üç Zaqafqaziya respublikasının birləşdirilməsi Sovet hakimiyyətinin mərkəzləşmə siyasətinin tərkib hissəsi idi və 1936-cı ilə qədər – Zaqafqaziya SFSR ləğv edilənə qədər fəaliyyət göstərmişdir.
Qeyd edək ki, bu hadisə regionun siyasi tarixində dönüş nöqtəsi olmaqla yanaşı, sonrakı illərdə baş verəcək sosial-siyasi dəyişikliklərin əsasını qoymuşdur.

