12 dekabr 2025-ci il tarixində Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbdə IX-XI sinif oğlan şagirdləri üçün xüsusi tədbir təşkil olundu.
"Tehsil365" xəbər verir ki, Polis Akademiyasının və Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşün mövzusu "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" idi.
Tədbirdə şagirdlərə DİN-də təhsil imkanları, peşəkar karyera yolları, vətənpərvərlik və hüquq-mühafizə orqanlarında xidmətin əhəmiyyəti barədə geniş məlumat verildi. Polis əməkdaşları gənclərin suallarını cavablandırdı, onlarla yaxın əlaqə quraraq gələcəkdə DİN sistemində çalışmaq istəyənlər üçün motivasiya yaratdılar.
Görüşün məqsədi gənclərin hüquq-mühafizə orqanlarında təhsil və xidmətə marağını artırmaq, vətənə xidməti şərəfli peşə kimi tanıtmaqdır. Tədbir gənclər arasında hüquqi maarifləndirmənin gücləndirilməsinə xidmət etdi.

