12 dekabr 2025-ci il tarixində Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışması təşkil edildi.
"Tehsil365" xəbər verir ki, Yarışma məktəbin şagirdləri arasında Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın müstəqilliyi və inkişafındakı rolunu əhatə edən mövzularda keçirildi. Şagirdlər yarışmada fəal iştirak edərək liderimizin əziz xatirəsini yad etdilər, onun ideyalarını və dəyərlərini özündə əks etdirən suallara cavab verdilər.
Tədbirin məqsədi gənc nəslin Ulu Öndərin irsinə hörmətini artırmaq və vətənpərvərlik hisslərini gücləndirmək idi. Yarışma həm maarifləndirici, həm də ruhlandırıcı oldu.
Məktəb rəhbərliyi və müəllimlər yarışmanın uğurlu keçməsində iştirak edən bütün şagirdləri təbrik etdilər.

