12 dekabr 2025-ci il tarixində Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Qurbanlının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə məktəbin direktoru Rəna Məmmədova və Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva çıxış edərək, Ümummilli Liderin Azərbaycan təhsilinin inkişafında, gənclərin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Şəhid xanımı və Ümumməktəb Valideyn Komitəsinin sədri Səbinə Rəhimova qonaq qismində tədbirə dəvət olunub.
Şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş bədii-kompozisiyalar, şeirlər, təqdimatlar və kəlamlar təqdim ediblər. Tədbir böyük maraqla qarşılanıb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

