Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçiriləcək.
"Tehsil365" xəbər verir ki, Konfransda dini düşüncənin mədəniyyətlə əlaqələri, təhsil sistemində dini maarifləndirmə və pedaqoji yanaşmalar müzakirə olunacaq. Tədbirdə təhsil ekspertləri, din xadimləri və mütəxəssislər iştirak edəcək.
Konfransın əsas məqsədi dini maarifləndirmə sahəsində pedaqoji innovasiyaların tətbiqini təşviq etmək və gənc nəslin dini mədəniyyətə hörmətlə yanaşmasını təmin etməkdir.

