ABŞ-da fəaliyyət göstərən Traction Fund-un təsisçisi və Maliyyə və İnvestisiya Direktoru Ülvi Rəşid 2025-ci il Baku ID Nexus Mükafatına layiq görülüb.
"Tehsil365" xəbər verir ki, O, bu mükafatı “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə qazanıb.
Mükafat ABŞ-ın süni intellekt sahəsində aparıcı texnologiya şirkətlərindən biri olan Scale AI-nin dəstəyi ilə təqdim olunub. Bu mükafat Ülvi Rəşidin ABŞ və Azərbaycan arasında texnologiya, innovasiya və vençur investisiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyi mühüm töhfələrin tanınması məqsədi daşıyır.
Ülvi Rəşidin təşəbbüsləri iki ölkə arasında startapların dəstəklənməsi, innovativ layihələrin həyata keçirilməsi və texnoloji bilik mübadiləsinin təşviqi baxımından strateji əhəmiyyət daşıyır.

