İngiltərənin tanınmış məktəblərindən biri olan Mossbourne Akademiyasında tətbiq edilən sərt davranış siyasəti Ofsted tərəfindən aparılan icmal nəticəsində gündəmə gəlib.
"Tehsil365" xəbər verir ki, Təhsil sektorunun liderləri bu istintaqı hökumətin sərt davranış siyasətini geniş şəkildə tətbiq etməsi fonunda "həyəcan siqnalı" kimi qiymətləndirirlər.
Ekspertlər bildirirlər ki, bu cür siyasətlər intizamı gücləndirsə də, şagirdlərin rifahı, emosional vəziyyəti və təhsil hüquqları baxımından ciddi suallar doğurur. Ofsted-in apardığı araşdırma nəticəsində, məktəbin davranış yanaşmasının effektivliyi və şagirdlərə təsiri ilə bağlı ətraflı təhlil gözlənilir.
Təhsil təşkilatları və valideynlər daha balanslı və insani yanaşmaların tətbiq edilməsini tələb edir, uşaqların psixoloji inkişafı ilə sərt nizam-intizam arasında sağlam tarazlığın vacibliyini vurğulayırlar.

