Hindistan Nazirlər Kabineti UGC, AICTE və NCTE-ni əvəz edəcək vahid ali təhsil tənzimləyicisinin yaradılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
"Tehsil365" xəbər verir ki, Əvvəllər "Hindistan Ali Təhsil Komissiyası (HECI) Qanun layihəsi" kimi tanınan sənəd indi "Viksit Bharat Shiksha Adhikshan Qanun layihəsi" adı ilə təqdim olunur.
Yeni qanun layihəsi ali təhsildə daha effektiv idarəetmə və tənzimləmə təmin etmək məqsədi daşıyır. Bu təşəbbüs təhsil sistemində islahatları sürətləndirərək, keyfiyyətin artırılması və standartların vahidləşdirilməsini hədəfləyir.
Qanun layihəsinin həyata keçirilməsi ali təhsil müəssisələrinin fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsinə xidmət edəcək.

