Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimovun bildirdiyinə görə, “TəhsilPlus” kartları yaxın zamanda müəllimlərə təqdim olunacaq.
“Tehsil365” xəbər verir ki, Kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda paylanılacaq.
Layihə Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard”ın birgə təşəbbüsüdür.
“TəhsilPlus” kartları təhsil işçilərinə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahının yüksəldilməsini hədəfləyir.

