Təhsil 365 - Logo Mobile

“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib

10513.12.2025 - 09:55
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən elan olunmuş Mir Cəlal adına V Hekayə Müsabiqəsinin münsiflər heyəti iştirakçılara müraciət edib.

“Tehsil365” xəbər verir ki, yazıçılardan bəzi qeydləri nəzərə alaraq, müsabiqə yekunlaşanadək (2026-cı il fevralın 1-dək) daha keyfiyyətli işlərin göndərilməsi gözlənilir.

Qeyd olunub ki, cari ilin noyabrında elan edilən müsabiqəyə bu günə qədər artıq müəyyən sayda hekayələr daxil olub və onların bir qisminin qiymətləndirilməsinə başlanılıb.

“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın sözlərinə görə, hələ ki, təqdim olunan hekayələrin ümumi səviyyəsi münsifləri qane edə bilməyib. İlk qiymətləndirilən 25 hekayədən yalnız biri ikinci oxunuş mərhələsinə keçə bilib. Münsiflərin fikrincə, təqdim olunan işlərdə müəlliflərin mütaliə azlığı hekayələrin dilində və üslubunda özünü büruzə verir. Hekayə janrı ilə yaxşı tanış olmamaları müəlliflərin söz ehtiyatının azlığında, artıq detal, yersiz təfərrüatlara yer vermələrində görünür. Əksər işlərdə əsasən ideya qıtlığı, süjet natamamlığı müşahidə olunur. Hekayə janrında söhbət, sadəcə, yazarın eşitdiyi, gördüyü əhvalatı inşa kimi kağıza köçürməsindən getmir. Qısa hekayə özü-özlüyündə seçmə elementləri əhatə edən, emosional təsiri olan yığcam ədəbi-bədii əsər olmalıdır.

Mir Cəlal adına V hekayə müsabiqəsinin şərtlərini bir daha xatırladırıq.

Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı;

-Həcmi 1500 sözdən çox olmamalı;

-Yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı;

-Müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməli;

-Hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cı il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

- I yer üçün 3000 manat

- II yer üçün 2000 manat

- III yer üçün 1000 manat nəzərdə tutulub.

İlk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox iş təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

Nərgiz Süleymanova

Xəbər Lenti

Diş ağrısı nədir və niyə yaranır?13.12.2025 - 19:09
Dəfn yarpağı sağlamlığa necə təsir edir?13.12.2025 - 18:53
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub13.12.2025 - 18:37
İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub? 13.12.2025 - 18:20
ADNSU-da insan alverinə qarşı mübarizə ilə əlaqədar təlim keçirilib13.12.2025 - 18:05
Mingəçevir Dövlət Universiteti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığı genişləndirir13.12.2025 - 17:50
Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur13.12.2025 - 17:35
Azərbaycan Ankarada keçirilən 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub13.12.2025 - 17:20
"Gənclər daha çox öz hissələrini anlamağa çalışırlar"13.12.2025 - 17:05
İlin ən yaxşı oyununun adı açıqlandı13.12.2025 - 15:59
Messinin heykəli nümayiş olunub13.12.2025 - 15:41
Hindistan universiteti xarici tələbə qəbulunu artırır 13.12.2025 - 15:29
Alimlər Günəşdən böyük protuberansın ayrılması prosesini çəkiblər13.12.2025 - 15:16
Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığa dair görüş keçirilib13.12.2025 - 15:00
Məşhur serialda "Tərəkəmə" oynadılar13.12.2025 - 14:45
Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq13.12.2025 - 14:32
DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"13.12.2025 - 14:14
Minskdəki Milli Kitabxana Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb13.12.2025 - 13:59
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ13.12.2025 - 13:43
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 13:31
Psixoloq iş saatlarının keyfiyyətə təsirini izah etdi13.12.2025 - 13:17
"Boşanan valideynlər uşaqdan intiqam vasitəsi kimi istifadə etməməlidir" – Hüquqşünas13.12.2025 - 13:00
Ailə münaqişələri uşaqlara necə təsir edir? 13.12.2025 - 12:47
"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – Açıqlama13.12.2025 - 07:53
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02