Təhsil 365 - Logo Mobile

"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev

9413.12.2025 - 12:30
"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev

Azərbaycanda boşanma halları əvvəlki dövrlərlə müqayisədə rekord səviyyəyə yüksəlib.

Tehsil365”ə açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda Azərbaycanda boşanma statistikası tarixdə görünməmiş səviyyəyə çatıb. Onun sözlərinə görə, nə sovet dövründə, nə də ondan əvvəlki illərdə boşanmalar bu həddə olmayıb.

Üzeyir Şəfiyev qeyd edib ki, Azərbaycan cəmiyyəti qlobal dünyaya və açıq cəmiyyət modelinə inteqrasiya etdikcə, xarici ölkələrlə təmasların artması, oradakı həyat tərzi, seriallar və filmlər cəmiyyətin düşüncəsinə ciddi təsir göstərməyə başlayıb. Bu prosesin nəticəsində cəmiyyətdə düşüncə transformasiyası baş verir.

Sosioloqun sözlərinə görə, artıq köhnə arxetiplər və stereotiplər funksionallığını itirir, onların yerini daha liberal dəyərlər tutur. Bu isə insanlarda egoist, bənlik və hedonist — yəni zövqə düşkün — həyat tərzinə meyli artırır. Cəmiyyətin fərd və ailə üzərindəki dominantlığı zəiflədikcə insanlar daha egosentrik qərarlar verməyə başlayırlar və boşanmalar da bu qərarlardan biridir.

Üzeyir Şəfiyev bildirib ki, əvvəllər boşanan insanlar cəmiyyət tərəfindən ciddi şəkildə qınanırdı, boşanmış qadın və kişilərə qarşı stiqmatik və ön yargılı yanaşma mövcud idi. Hazırda bu sosial qınaq zəifləyib və gücünü itirib. Bu da insanların boşanma qərarını daha rahat verməsinə səbəb olur.

O, həmçinin vurğulayıb ki, sosial şəbəkələrin və smart texnologiyaların yayılması fonunda xəyanət hallarının üzə çıxması və ifşa olunması boşanmaların artmasına təsir göstərir. Texnoloji vasitələr həm xəyanətlərin aşkara çıxmasını sürətləndirib, həm də ailə dəyərlərinə mənfi təsir edib.

Sosioloq mediada və sosial şəbəkələrdə məşhur şəxslərin boşanmanı açıq şəkildə təşviq etməsinin də bu prosesə təsirsiz ötüşmədiyini bildirib. Onun sözlərinə görə, bəzi tanınmış şəxslərin “boşandıqdan sonra daha gözəl və xoşbəxt oldum” kimi açıqlamaları, eləcə də sosial şəbəkələrdə paylaşılan boşanma məclisləri ailə dəyərlərini zəiflədir və boşanmaları sürətləndirir.

Üzeyir Şəfiyev qeyd edib ki, boşanmış ailələrdə böyüyən uşaqların gələcəkdə özlərinin də boşanmış ailə qurmaq riski daha yüksəkdir. Çünki bu uşaqlar valideynlərindən mənfi ailə modeli miras alırlar.

Sosioloqun sözlərinə görə, Azərbaycanda boşanmalarla bağlı iki yeni və ciddi tendensiya müşahidə olunur. Birincisi, əvvəllər az rast gəlinən uşaqlı ailələrdə boşanmaların artmasıdır. O bildirib ki, bu, insanların ailə və valideyn məsuliyyətindən imtina etməsi və egoist düşüncənin güclənməsi ilə bağlıdır.

İkinci tendensiya isə Azərbaycan üçün xarakterik olmayan “boz boşanma” — yəni 50 yaşdan yuxarı insanlar arasında boşanmaların artmasıdır. Üzeyir Şəfiyev qeyd edib ki, 2024-cü ildə qeydə alınan 29 508 boşanmanın 7 mindən çoxu məhz 50 yaşdan yuxarı şəxslər arasında baş verib və bu, ciddi narahatlıq doğurur.

O əlavə edib ki, boşanmaların səbəbləri sırasında reproduktiv sağlamlıq problemləri, valideynlərdən birinin və ya hər ikisinin asılılıq yaradan maddələrdən istifadə etməsi də yer alır. Eyni zamanda qadınların iqtisadi müstəqilliyinin artması da boşanmalara təsir göstərən amillərdəndir. Onun sözlərinə görə, hazırda ölkədə qadın məşğulluğu təxminən 47 faiz təşkil edir və bəzi qadınlar iqtisadi cəhətdən təmin olunduqları üçün konservativ düşüncəli kişilərə dözmək istəmirlər.

Üzeyir Şəfiyev hesab edir ki, müvafiq qurumlar, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra strukturları münaqişəli ailələrin qeydə alınması mexanizmi yaratmalı və bu ailələrlə sosial-psixoloji iş aparmalıdır. Məqsəd boşanma həddinə çatmadan problemin qarşısını almaqdır.

O, ailələrlə işləyən sosial işçilərin və ailə psixoloqlarının sertifikatlaşdırılması və lisenziyalaşdırılmasının vacibliyini də vurğulayıb. Sosioloqun fikrincə, media qurumları da ailə dəyərlərinə hörmətlə yanaşmalı, boşanmanı deyil, nümunəvi ailələri təbliğ etməlidir.

Açıqlamaya görə Azərbaycanda boşanmaların əsas səbəbləri:

Cəmiyyətdə düşüncə transformasiyası və liberal dəyərlərin yayılması

Sosial qınağın və stiqmanın zəifləməsi

Egoist və egosentrik qərarların artması

Sosial şəbəkələr və smart texnologiyalar fonunda xəyanətlərin üzə çıxması

Media və tanınmış şəxslər tərəfindən boşanmanın təşviqi

Boşanmış ailələrdə böyüyən uşaqların mənfi ailə modeli görməsi

Uşaqlı ailələrdə boşanmaların artması

50 yaşdan yuxarı şəxslər arasında “boz boşanma” tendensiyası

Reproduktiv sağlamlıq problemləri

Asılılıq yaradan maddələrdən istifadə

Qadınların iqtisadi müstəqilliyinin artması və konservativ münasibətlərə dözümsüzlük

Rəşanə İsamqızı

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35