Təhsil 365 - Logo Mobile

Ailə münaqişələri uşaqlara necə təsir edir?

9013.12.2025 - 12:47
Ailə münaqişələri uşaqlara necə təsir edir?

Son illər Azərbaycanda boşanmaların sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur.

Tehsil365”ə açıqlama verən klinik psixoloq Fəridə Musəvi bildirib ki, boşanmaların getdikcə çoxalması çox üzücü bir haldır.

Onun sözlərinə görə, boşanmaların artmasının əsas səbəblərindən biri konfliktli ailələrin çoxalmasıdır. Psixoloq qeyd edib ki, insanlar öz eqolarını basdırmaqdan imtina edir, bir çox hallarda isə eqoist davranışlarının qurbanına çevrilirlər. Aldadıcılıq, pis vərdişlər və tərəflərin bir-birini anlamaq istəməməsi də bu problemləri dərinləşdirir.

Fəridə Musəvi vurğulayıb ki, elə bir qanun yoxdur ki, ailə qurulubsa, mütləq axıra qədər davam etməlidir. Onun fikrincə, bəzi ailələr ayrılmalıdır, çünki bu ailələrdə əsas travmanı alan tərəf uşaq olur.

Klinik psixoloq bildirib ki, bu gün ən böyük səhvlərdən biri cütlüklərin ailə quran kimi dərhal uşaq planlaşdırmasıdır. Onun sözlərinə görə, iki fərqli mühitdə, iki fərqli xasiyyətdə böyümüş insanlar birdən-birə eyni evdə yaşamağa başlayırlar və bir-birinin xasiyyətini, davranışlarını tam tanımadan ailəyə üçüncü bir şəxs — uşaq əlavə olunur.

Psixoloq qeyd edib ki, boşanma qərarı verilən mərhələdə ailə terapiyası xüsusilə tövsiyə olunur. Çünki bəzi hallarda insanların duyğuları və fikirləri onları yanıldır, fərqindəlik yaşamaq çətinləşir və terapiya bu prosesdə kömək edə bilər.

Fəridə Musəvi boşanmış ailələrdə böyüyən uşaqlarla bağlı da ciddi problemlərə diqqət çəkib. Onun sözlərinə görə, ana və ya ata yanında böyüməyən uşaqlar çox vaxt nənə və baba ilə qalır və bu, uşaqlarda müxtəlif travmaların yaranmasına səbəb olur. Bu travmalar özünə qapanıqlıq, yersiz aqressiya, sidik qaçırma, tiki və digər sinir pozuntuları ilə müşahidə oluna bilər. Bəzi uşaqlar isə duyğularını içinə atır, danışmaq istəmir, məktəbdə dərs danışmaqdan çəkinir və ya yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik yaşayırlar.

Psixoloq əlavə edib ki, münaqişəli və problemli ailələrdə böyüyən uşaqlar da məktəbdə aqressiv davranışlar göstərir, tez-tez dava edirlər. Bu zaman valideynlərin yaşadığı duyğular uşaqlara transfer olunur.

Fəridə Musəvi tövsiyə edib ki, gənclər ailə qurduqdan sonra ən azı iki il bir-birini tanımalı, birlikdə zaman keçirməli və adaptasiya dövrünü tamamlamalıdırlar. Onun sözlərinə görə, bu iki il ərzində cütlüklər bir neçə dəfə boşanma həddinə gəlib çıxa bilərlər, lakin zaman keçdikcə eyni mübahisələr onlara primitiv görünməyə başlayır və boşanma qərarı vermirlər.

Psixoloq qeyd edib ki, adətən iki ildən tez baş verən boşanmalar çox vaxt səbəbsiz olur. Sonradan soruşulduqda cütlüklər “əslində elə bir ciddi səbəb yox idi, sadəcə boşandıq” deyirlər.

Uşaqlarla bağlı mövzuya toxunan Fəridə Musəvi bildirib ki, bəzi ailələrdə boşanma olmasa belə, uşaqlar travma ala bilir. Lakin boşanmış ailələrdə valideynlərin uşağı bir-birinə qarşı alət kimi istifadə etməsi uşağa ikiqat travma yaşadır.

Onun sözlərinə görə, boşanma mərhələsində valideynlər uşağı psixoloji olaraq bu prosesə hazırlamalı, mütləq psixoloq dəstəyi almalıdırlar. Eyni zamanda cütlüklərin özlərinin də ailə terapiyasına müraciət etməsi tövsiyə olunur. Psixoloq vurğulayıb ki, praktikada çox vaxt ailə terapiyasına müraciət edən cütlüklər boşanma qərarından vaz keçirlər.

Rəşanə İsamqızı

Xəbər Lenti

Prezidentdən bu milli parklarla bağlı - Fərman06.02.2026 - 15:55
“Medianı uşaqların mənafelərini üstün tutmağa dəvət edirəm” - Ombudsman06.02.2026 - 15:25
MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir - FOTO06.02.2026 - 15:10
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar - FOTO06.02.2026 - 14:35
UNEC-in təşəbbüsü ilə Naxçıvanda elmi görüşlər keçirilib - FOTO06.02.2026 - 13:50
Xırdalanda yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır06.02.2026 - 13:35
İsrailli professor AzMİU-da elmi seminarla çıxış edib - FOTO06.02.2026 - 13:10
Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO06.02.2026 - 12:50
BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub06.02.2026 - 12:20
16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub06.02.2026 - 12:05
Təhsil sahəsində son dövrlərin nəticələri və qarşıdakı planlar...06.02.2026 - 11:55
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır06.02.2026 - 10:21
“Qərbi Azərbaycan İrsini Tanı” layihəsinə başlanılır06.02.2026 - 10:11
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək06.02.2026 - 09:55
"İdrak" liseyində dərslər davam edir - RƏSMİ06.02.2026 - 09:40
Müəllimliyin "Nobel" mükafatı hind müəllimə verildi 06.02.2026 - 09:30
Yaqub Mahmudova təbrik ünvanlandı - 87 yaşı tamam olur06.02.2026 - 09:20
BDU “İlin alimi” müsabiqəsi elan edir06.02.2026 - 09:10
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçir06.02.2026 - 08:54
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - FOTO06.02.2026 - 08:43
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı06.02.2026 - 08:33
Sabah hava yağmursuz keçəcək06.02.2026 - 08:21
Sumqayıt məktəblərində insident06.02.2026 - 08:10
Milli İncəsənət Muzeyinin 90 illiyi çərçivəsində növbəti mühazirə dinlənilib - FOTO06.02.2026 - 07:57
TİF və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb06.02.2026 - 07:45
Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür06.02.2026 - 07:35
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları06.02.2026 - 07:25
“Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsasları müzakirə olunub06.02.2026 - 07:15
Güllələnən müəllimin kimliyi məlum olub 06.02.2026 - 07:04
Bakıda şagird müəllimi güllələdi - VİDEO06.02.2026 - 06:50
Şagird ov tüfəngini məktəbə çantasında gətirib06.02.2026 - 06:20
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat BAŞLADI06.02.2026 - 05:57
ADU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib06.02.2026 - 05:45
Naxçıvan Dövlət Universiteti ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO06.02.2026 - 05:32
Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib06.02.2026 - 05:21
Dövlət qulluğuna test imtahanları keçirilib 06.02.2026 - 05:11
Bu gün hava necə olacaq? 06.02.2026 - 04:50
Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər - FOTO05.02.2026 - 16:25
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO05.02.2026 - 15:05
Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib05.02.2026 - 14:10
Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib - FOTO05.02.2026 - 09:58
BMU professorunun tədqiqatı Q1kateqoriyalı jurnalda05.02.2026 - 09:45
“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO05.02.2026 - 09:32
Ekspert Şurasının növbəti iclası keçirilib - FOTO05.02.2026 - 09:20
Görkəmli alim Nadir İsmayılovun 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb05.02.2026 - 09:10
BDU-da Çin Yaz Festivalı keçirilib - FOTO05.02.2026 - 08:59
Polimer kompozitlərin odadavamlılığının yaxşılaşdırılmasında mineral doldurucuların rolu araşdırılıb05.02.2026 - 08:47
Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi05.02.2026 - 08:35