Belarusun paytaxtı Minskdəki Milli Kitabxana binası Azərbaycan bayrağının rənglərinə boyanıb.
“Tehsil365”in məlumatına əsasən, Kult.az-a məlumat verən Belarusun Bakıdakı səfirliyi bildirib ki, kitabxananın mavi, qırmızı və yaşıl tonlarla işıqlandırılması 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunub.
Səfirlik bu addımı Azərbaycan-Belarus dostluğunun və ölkələr arasındakı mədəni əlaqələrin göstəricisi kimi dəyərləndirib.

