Təhsil 365 - Logo Mobile

Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – Açıqlama

10713.12.2025 - 07:53
Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – Açıqlama

“Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, dövlətimizin başçısı tərəfindən təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib. Həmin strategiya və proqramlar çərçivəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb”.

Tehsil eksperti Elçin Əfəndi bu barədə “Tehsil365”ə açıqlamaslnda təhsilin ayrı-ayrı səviyyələri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışıb.

– Artıq yanvarın 1-dən dövlət büdcəsi haqqında Qanun qüvvəyə minib. Qanunda təhsil bölməsi xüsusi yer tutur. Cari ildə təhsilimizin inkişafına dair rəqəmləri necə xarakterizə edərdiniz?

“2025-ci ildə təhsil xərclərinin ÜDM-də payı isə 3.8 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12% təşkil edəcək. 2025-ci ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 4.94 milyard manat vəsait nəzərdə tutulub. Bu, ötən ilin təsdiq edilmiş təhsil büdcəsi ilə müqayisədə təxminən 8.5% artım deməkdir”.

“Şübhəsiz ki, dövlət büdcəsində təhsil bölməsi üçün nəzərdə tutulmuş vəsaitlər ölkəmizdə məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına imkan verəcək”

“ Əlbəttə ki, ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə bu sahədə həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb”.

“2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır”

“Bundan əlavə, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla ümumilikdə 6 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri istifadəyə verilib”.

“Bununla yanaşı, 50 yerlik Laçın rayonu Sus kənd körpələr evi-uşaq bağçası, 40 yerlik Xocalı rayonu 1 nömrəli körpələr evi-uşaq bağçası, 80 yerlik Xankəndi şəhər körpələr evi-uşaq bağçası olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi də istifadəyə verilib. Daha 3 məktəbin və 2 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur. 2 məktəbin və 3 uşaq bağçasının tikintisi isə davam edir”.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır. Ümumi təhsil müəssisələri ilə yanaşı cari tədris ilindən Xankəndidə Qarabağ Universiteti də fəaliyyətə başlayıb”.

“İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin qurulması məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələrinin yaradılması əsas prioritetlərimizdəndir. Bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli təhsil xidmətləri ilə təmin edilməsi üçün təhsilin qabaqcıl standartlara uyğunlaşdırılması zəruridir. Əhalinin geri qayıdışına əsaslanaraq və bölgələrin xüsusiyyətlərini nəzərə alaraq ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işi sürətlə davam etməkdədir. İri şirkətlər tərəfindən məktəbəqədər və peşə təhsili müəssisələrinin tikintisinin təşviq edilməsi sahəsində işlər görülür. Əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili nəzərdə tutulur”

Son illər təhsil sahəsində həyata keçirilən mühüm istiqamətlərdən biri məktəbəqədər təhsilin inkişaf dinamikası ilə bağlıdır. Cari ildə bu sahədə nə kimi işlər nəzərdə tutulub?

“ Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfdir və bu sahənin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması” fəaliyyət istiqaməti çərçivəsində dövrün sonuna məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50%-ə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilə 2025-ci ildə dövlət büdcəsindən 467.4 milyon manat vəsait sərf olunacaq”.

“Məktəbəhazırlıq çərçivəsində 2024-2025-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 6 minə yaxın qrupda 93 min nəfər məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87 faizə çatdırılıb. Digər tərəfdən cari ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında məktəbəqədər təhsilə cəlb edilmiş uşaq sayının 35 min nəfərə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 6.6 milyon manat çox olmaqla, 19.2 milyon manat vəsait nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların sayına nisbətdə əhatə səviyyəsinin cari ildə 40%-ə çatması gözlənilir”.

“Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi həyata keçirilib. Qrant müsabiqəsi çərçivəsində 189 qrant müqaviləsi bağlanılıb və təxminən 4400 uşaq cəlb edilib”.

“Məktəbəqədər təhsil üzrə dövlət standartları və təhsil proqramının (kurikulumun) təkmilləşdirilməsi, bu sistemdə çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkili əsas hədəflərdəndir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri peşəkar inkişaf təlimləri ilə uşaqların erkən inkişafı və təhsili sahəsində dəyişən ehtiyaclarını öyrənirlər. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimləri təşkil edilib. 2022-2023-cü illərdə 6000 nəfər təlimlərə cəlb olunub, 2024-cü ildə təlimlər 9500 nəfəri əhatə edib” deyə ekspert bildirib.

Amidə Zeynalova

Xəbər Lenti

Diş ağrısı nədir və niyə yaranır?13.12.2025 - 19:09
Dəfn yarpağı sağlamlığa necə təsir edir?13.12.2025 - 18:53
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub13.12.2025 - 18:37
İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub? 13.12.2025 - 18:20
ADNSU-da insan alverinə qarşı mübarizə ilə əlaqədar təlim keçirilib13.12.2025 - 18:05
Mingəçevir Dövlət Universiteti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığı genişləndirir13.12.2025 - 17:50
Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur13.12.2025 - 17:35
Azərbaycan Ankarada keçirilən 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub13.12.2025 - 17:20
"Gənclər daha çox öz hissələrini anlamağa çalışırlar"13.12.2025 - 17:05
İlin ən yaxşı oyununun adı açıqlandı13.12.2025 - 15:59
Messinin heykəli nümayiş olunub13.12.2025 - 15:41
Hindistan universiteti xarici tələbə qəbulunu artırır 13.12.2025 - 15:29
Alimlər Günəşdən böyük protuberansın ayrılması prosesini çəkiblər13.12.2025 - 15:16
Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığa dair görüş keçirilib13.12.2025 - 15:00
Məşhur serialda "Tərəkəmə" oynadılar13.12.2025 - 14:45
Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq13.12.2025 - 14:32
DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"13.12.2025 - 14:14
Minskdəki Milli Kitabxana Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb13.12.2025 - 13:59
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ13.12.2025 - 13:43
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 13:31
Psixoloq iş saatlarının keyfiyyətə təsirini izah etdi13.12.2025 - 13:17
"Boşanan valideynlər uşaqdan intiqam vasitəsi kimi istifadə etməməlidir" – Hüquqşünas13.12.2025 - 13:00
Ailə münaqişələri uşaqlara necə təsir edir? 13.12.2025 - 12:47
"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02