Təhsil 365 - Logo Mobile

Mingəçevir Dövlət Universiteti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığı genişləndirir

8813.12.2025 - 17:50
Mingəçevir Dövlət Universiteti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığı genişləndirir

Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) arasında mövcud əməkdaşlıq çərçivəsində noyabrın 26–28-də kibertəhlükəsizlik sahəsində praktikyönümlü vörkşoplar, təlimlər və maarifləndirici infosessiyalar təşkil olunub.

Tehsil365” Azərtac-a istinadən xəbər verir ki, tədbirlərdə AKM-in nümayəndələri Nemət Rəhimli və Gülyaz İsmayılzadə iştirak ediblər. Proqramın ilk günündə MDU tələbələri üçün iki saatlıq intensiv tədris sessiyası keçirilib. Sessiya zamanı müasir kibertəhlükəsizlik mühitində müdafiə yanaşmaları, “Blue Team” komandasının əsas funksiyaları və informasiya təhlükəsizliyinin təminində tətbiq olunan qabaqcıl texnoloji həllər barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində SIEM, SOAR, EDR/XDR və IDS/IPS kimi təhlükəsizlik alətlərinin işləmə prinsipləri izah olunub, “real log” analizləri üzərində praktiki nümunələr nümayiş etdirilib.

İkinci gün universitetin akademik heyəti üçün təşkil olunan maarifləndirici təlimdə iş mühitində kibertəhlükəsizlik və kibergigiyena mədəniyyətinin formalaşdırılması mövzularına toxunulub. Təlim zamanı sosial mühəndislik hücumları – “phishing” və “vishing” nümunələri təhlil edilib, parol menecmenti, e-poçt təhlükəsizliyi və həssas məlumatların düzgün idarə olunması ilə bağlı praktiki tövsiyələr təqdim edilib.

Təlimin son günündə AKM-in 7-ci dalğa qəbul proqramına həsr olunmuş infosessiya keçirilib. İştirakçılara proqramın məqsədi, qəbul prosesi, əsas tələblər və təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. Ardınca baş tutan “Remote Compromise – Windows 10” adlı praktiki vörkşopda “phishing” hücumlarının real ssenariləri, “Cyber Kill Chain” modeli üzrə hücum mərhələlərinin analizi aparılıb, “Windows 10” əməliyyat sisteminin uzaqdan ələ keçirilməsi texnikaları nümayiş etdirilib və bu cür hücumlara qarşı effektiv müdafiə üsulları praktik şəkildə öyrədilib.

Keçirilən təlim və vörkşoplar MDU-nun akademik heyəti və tələbələrinin kibertəhlükəsizlik sahəsində bilik və praktiki bacarıqlarının artırılmasına töhfə verib, eyni zamanda, universitet ilə AKM əməkdaşlığının gələcək inkişaf perspektivlərinin daha da möhkəmləndirilməsinə xidmət edib.


Könül Əsgərova

Xəbər Lenti

Diş ağrısı nədir və niyə yaranır?13.12.2025 - 19:09
Dəfn yarpağı sağlamlığa necə təsir edir?13.12.2025 - 18:53
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub13.12.2025 - 18:37
İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub? 13.12.2025 - 18:20
ADNSU-da insan alverinə qarşı mübarizə ilə əlaqədar təlim keçirilib13.12.2025 - 18:05
Azərbaycan İstanbulda keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur13.12.2025 - 17:35
Azərbaycan Ankarada keçirilən 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub13.12.2025 - 17:20
"Gənclər daha çox öz hissələrini anlamağa çalışırlar"13.12.2025 - 17:05
İlin ən yaxşı oyununun adı açıqlandı13.12.2025 - 15:59
Messinin heykəli nümayiş olunub13.12.2025 - 15:41
Hindistan universiteti xarici tələbə qəbulunu artırır 13.12.2025 - 15:29
Alimlər Günəşdən böyük protuberansın ayrılması prosesini çəkiblər13.12.2025 - 15:16
Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığa dair görüş keçirilib13.12.2025 - 15:00
Məşhur serialda "Tərəkəmə" oynadılar13.12.2025 - 14:45
Hava kəskin DƏYİŞİR - Temperatur 7 dərəcə enəcək, qar yağacaq13.12.2025 - 14:32
DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"13.12.2025 - 14:14
Minskdəki Milli Kitabxana Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb13.12.2025 - 13:59
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ13.12.2025 - 13:43
TəhsilPlus kartları artıq sifariş edilib13.12.2025 - 13:31
Psixoloq iş saatlarının keyfiyyətə təsirini izah etdi13.12.2025 - 13:17
"Boşanan valideynlər uşaqdan intiqam vasitəsi kimi istifadə etməməlidir" – Hüquqşünas13.12.2025 - 13:00
Ailə münaqişələri uşaqlara necə təsir edir? 13.12.2025 - 12:47
"Azərbaycanda boşanmalar tarixdə görünməmiş səviyyəyə çatıb" – Üzeyir Şəfiyev13.12.2025 - 12:30
Süni intellektin gizli təhlükəsi13.12.2025 - 12:14
Azərbaycan ICCROM Baş Assambleyasının 34-cü sessiyasında təmsil olunub13.12.2025 - 12:00
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub13.12.2025 - 11:45
Çində müstəqil məktəblərin məzunları yüksək nəticələr göstərir13.12.2025 - 11:30
DİM köməkçi vasitələrlə imtahana girən abituriyentlər məsələsinə münasibət bildirdi13.12.2025 - 11:10
Ömrü uzadan maddə tapılıb13.12.2025 - 10:55
ABŞ-də məktəblərdə psixi sağlamlıq proqramlarına əlavə maliyyə ayrılıb13.12.2025 - 10:40
Həftə sonunun hava proqnozu açıqlanıb13.12.2025 - 10:20
Bu məktəblər maliyyə çətinlikləri ilə üzləşir13.12.2025 - 10:05
“Ədibin Evi” müsabiqə iştirakçılarına müraciət edib13.12.2025 - 09:55
Azərbaycanlı alimlərin süni intellektlə bağlı tədqiqatı yüksək qiymətləndirilib13.12.2025 - 09:40
Hazırki kurikulum uşaqlara ağırdır, yoxsa lazımlıdır?13.12.2025 - 09:25
Qəbul imtahanında fənlər üzrə limit yoxdur13.12.2025 - 09:10
Ümumi təhsildə keyfiyyətə doğru birgə addımlar atılması üçün görüş keçirilib 13.12.2025 - 08:59
Hindistan hökuməti ali təhsildə vahid tənzimləyici orqanın yaradılmasını təsdiqlədi13.12.2025 - 08:46
Böyük Britaniyanın immiqrasiya siyasəti Hindistan iş vizalarını 67% azaldıb13.12.2025 - 08:33
UPSC əlilliyi olan namizədlərə "seçim mərkəzi" imkanı yaradır13.12.2025 - 08:20
Mossbourne məktəbində davranış icmalı Ofsted üçün suallar doğurur13.12.2025 - 08:07
Ofsted maliyyələşməni diqqətlə yoxlamalıdır13.12.2025 - 07:54
Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – Açıqlama13.12.2025 - 07:53
"Miladdan əvvəlki kabus": Onlarla pulsuz məktəb layihəsi ləğv edildi13.12.2025 - 07:41
Cənubi Koreyada imtahan rəhbəri çətinliklə bağlı tənqidlərə görə istefa verdi13.12.2025 - 07:28
N. Əliyev adına Maşxan kənd tam orta məktəbinə ağır itki üz vermişdir13.12.2025 - 07:15
Ülvi Rəşid “ABŞ-Azərbaycan İnnovasiya Körpüsünün Qurulması” nominasiyası üzrə Baku ID Nexus Mükafatına layiq görülüb13.12.2025 - 07:02