14 dekabr 1927-ci il tarixində Ağdam rayonunun Mərzili kəndində anadan olan Xudu Məmmədov, Azərbaycanın görkəmli elm adamı, ictimai-siyasi xadimi və milli azadlıq hərəkatının fəal simalarından biri kimi yadda qalıb.
“Tehsil365” xəbər verir ki, Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olan Xudu Məmmədov elmi fəaliyyəti ilə yanaşı, Azərbaycanın milli maraqlarının müdafiəsində də böyük rol oynamışdır. 1962-ci ildə əsası qoyulan Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri kimi o, ölkədə azadlıq ideyalarının yayılmasında fəallıq göstərib.
Onun elmi nailiyyətləri təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınıb. 1957-ci ildə Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü seçilməsi, onun dünya elmində qazandığı etibarın göstəricisidir.
Xudu Məmmədov 1988-ci il oktyabrın 15-də Bakıda vəfat edib. Onun adı bu gün də elmdə, ictimai fikir tarixində və milli azadlıq mübarizəsində ehtiramla yad olunur.

