14 dekabr – Azərbaycanın görkəmli dövlət xadimi, diplomat və alim Adil xan Əbülfət ağa oğlu Ziyadxanovun (1870–1957) vəfat etdiyi gündür.
“Tehsil365” xəbər verir ki, Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin nəslindən olan Adil xan Ziyadxanov, Azərbaycan Xalq Cümhuriyyətinin formalaşma dövründə mühüm rol oynamış, 1918–1920-ci illərdə Xarici İşlər Nazirliyində I müavin, həmçinin İrandakı səfiri kimi mühüm diplomatik vəzifələrdə çalışmışdır.
Ziyadxanovun fəaliyyəti Azərbaycan diplomatiyasının əsaslarının qurulması, beynəlxalq əlaqələrin formalaşdırılması və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
1957-ci il dekabrın 14-də İstanbulda vəfat edən Adil xan Ziyadxanovun xatirəsi bu gün də ehtiramla yad olunur. Onun dövlətçilik və diplomatiya sahəsindəki xidmətləri Azərbaycanın müasir diplomatik tarixində önəmli yer tutur.

