14 dekabr 1979-cu ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olan Qənirə Ataşova, peşəkar fəaliyyəti ilə Azərbaycan jurnalistikasında öz dəsti-xəttini formalaşdırmış tanınmış televiziya jurnalistlərindəndir.
“Tehsil365” xəbər verir ki, O, uzun illər ANS TV-də çalışmış, 2015-ci ildə kanalın ABŞ-dakı bürosunun rəhbəri kimi fəaliyyət göstərmişdir. Jurnalist fəaliyyəti ilə yanaşı, ssenari müəllifi kimi də çıxış edən Qənirə Ataşova, informasiya sahəsindəki dəqiqliyi, operativliyi və peşəkarlığı ilə tanınıb.
Onun hazırladığı reportajlar, xarici ölkələrdən etdiyi birbaşa bağlantılar və analitik çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qənirə Ataşovanı doğum günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

