Bu gün – 14 dekabr, görkəmli bəstəkar, pedaqoq, Azərbaycanın xalq artisti Azər Hüseyn oğlu Rzayevin (1930–2015) vəfatının ildönümüdür.
“Tehsil365” xəbər verir ki, Bakı şəhərində anadan olan Azər Rzayev Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş tanınmış sənətkar, peşəkar bəstəkar və uzun illər pedaqoji fəaliyyəti ilə seçilən ziyalı olub. O, həmçinin bir çox musiqiçi və dirijorun formalaşmasında böyük rol oynamışdır.
Professor adı alan (1977) Azər Rzayev 1990-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin 2000-ci ildə “Şöhrət” ordeni, 2002-ci ildə isə “Humay” mükafatı ilə təltif edilmişdir.
Azər Rzayevin əsərləri və sənət irsi bu gün də Azərbaycan musiqi məktəbinin zəngin ənənələrinin davamı kimi dəyərləndirilir. Onun xatirəsi daim ehtiramla yad olunur.

