1915-ci il dekabrın 14-də Azərbaycanın və keçmiş Sovet İttifaqının məşhur müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudov dünyaya gəlib.
“Tehsil365” xəbər verir ki, O, həmçinin SSRİ və Azərbaycan SSR Dövlət Mükafatlarının laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti və Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi kimi yüksək şöhrətə malik olub.
Rəşid Behbudovun zəngin sənət fəaliyyəti və səsi müasir musiqi tarixində xüsusi yer tutur. O, 1989-cu ildə vəfat edib, ancaq sənəti və irsi bu gün də dəyərini qoruyur.

