1908-ci il dekabrın 14-də Ordubad şəhərində bitki fiziologiyası sahəsində ilk azərbaycanlı elmlər doktoru, akademik Müzəffər Heydər oğlu Abutalıbov dünyaya gəlib.
“Tehsil365” xəbər verir ki, O, 1944-cü ildə elmlər doktoru dərəcəsini alaraq sahəsində öncüllərdən olmuşdur.
Müzəffər Abutalıbovun elmi fəaliyyəti Azərbaycan botanika və bitki fiziologiyası elminin inkişafında mühüm rol oynayıb. 1984-cü ildə vəfat edən akademikin əsərləri və araşdırmaları bu gün də elm sahəsində böyük əhəmiyyət kəsb edir.

