1929-cu il dekabrın 14-də Gürcüstanın Tbilisi şəhərində dəmirçi ailəsində ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Dilarə Ələkbər qızı Əliyeva dünyaya gəlib.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi və Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuşdur. Dilarə Əliyeva həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərmişdir.
Azərbaycan və gürcü ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Dilarə Əliyeva elmi və ictimai fəaliyyəti ilə yadda qalmışdır. 1991-ci ildə vəfat etmişdir.

