14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuş Əliyar Əliyev, Azərbaycan xalqının igid və fədakar oğullarından biri kimi tarixə düşüb.
“Tehsil365” xəbər verir ki, O, Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Əliyar Əliyev həyatını Vətənə xidmətə həsr edib. Onun rəhbərlik etdiyi hərbi dəstə düşmənə qarşı çoxsaylı uğurlu əməliyyatlar həyata keçirib. Döyüşlərdə göstərdiyi cəsarət, əsgərlərinə olan qayğısı və liderlik bacarığı onu əsl komandan kimi tanıdıb.
3 oktyabr 1992-ci ildə Laçın rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyar Əliyev, öz canı bahasına torpaqlarımızın müdafiəsi uğrunda mübarizə apardı.
Bu gün onun doğum günü münasibətilə xatirəsi dərin ehtiramla yad olunur. Əliyar Əliyev Azərbaycan gəncliyi üçün rəşadət və vətənpərvərlik nümunəsidir.
Ruhu şad olsun!

