1919-cu il dekabrın 14-də Bakıda Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə konfrans işə başlayıb.
“Tehsil365” xəbər verir ki, Noyabrın 23-də tərəflər arasında bağlanmış sazişə əsasən keçirilən bu görüşlər əsasən ərazi mübahisələrinin həllinə həsr olunmuşdu.
Lakin, bir həftə davam edən konfrans (21 dekabr tarixinə qədər) nəticəsiz başa çatıb. Azərbaycan tərəfi, Xarici İşlər Naziri Fətəli Xan Xoyski və Daxili İşlər Naziri Məhəmməd Hacinski rəhbərliyində, sərhəd mübahisələrinin ədalətli həllinə israr etsə də, erməni nümayəndələri müxtəlif bəhanələrlə danışıqlardan yayınıblar. Zəngəzur bölgəsi daxil olmaqla heç bir ərazi məsələsində razılıq əldə olunmayıb.
Konfransdan sonra isə 1920-ci ilin yanvar ayında erməni silahlı qüvvələri Zəngəzurda 50-yə yaxın azərbaycanlı kəndini talan edərək, bölgədə gərginliyi daha da artırıblar. Bu hadisələr Azərbaycan-Ermənistan münasibətlərində ciddi gərginlik yaratmışdır.

