1846-cı ildə Rusiya çarı I Nikolay Cənubi Qafqazın inzibati bölgüsündə geniş dəyişikliklər edilməsi barədə fərman verib.
“Tehsil365” xəbər verir ki, Fərmana əsasən, 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub. Onların yerinə 4 yeni quberniya – Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları təsis edilib.
Azərbaycan torpaqları həmin quberniyalar arasında bölünüb və bununla da bölgənin inzibati quruluşu yenidən tənzimlənib. Bu dəyişikliklər Cənubi Qafqazın siyasi və inzibati tarixində mühüm mərhələ hesab olunur.

