Dəfn yarpağı sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınan bitkidir.
“Tehsil365” xəbər verir ki, onun tərkibində olan efir yağları və antioksidant maddələr orqanizmi zərərli maddələrdən qorumağa kömək edir.
Dəfn yarpağı həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, mədə köpü və ağrıları azaldır.
Bu bitki immuniteti gücləndirir, iltihabəleyhinə təsir göstərir və soyuqdəymə zamanı orqanizmin müqavimətini artırır. Dəfn yarpağından hazırlanan dəmləmələr tənəffüs yollarını rahatladır və öskürəyin azalmasına kömək edə bilər.
Bundan əlavə, dəfn yarpağı qan şəkərinin tənzimlənməsində və maddələr mübadiləsinin yaxşılaşmasında müsbət rol oynaya bilər. Lakin həddindən artıq istifadəsi mədə narahatlığı yarada biləcəyi üçün ölçülü istifadə olunması tövsiyə edilir.

