Harvard Universiteti, Fələstinlilərə yönəlmiş fəaliyyəti ilə gündəmə gəlmiş İctimai Səhiyyə Məktəbinin nəzdindəki bir mərkəzin rəhbərini vəzifəsindən uzaqlaşdırıb.
“Tehsil365” xəbər verir ki, Qərar, bu ilin əvvəlində universitetdə antisemitizm halları ilə bağlı aparılmış araşdırmadan sonra verilib.
Həmin səhiyyə mərkəzi, Harvard-ın antisemitizm hesabatında xüsusi diqqətə alınmış və bir sıra mübahisəli fəaliyyətləri ilə Tramp administrasiyasının da radarına düşmüşdü. Mərkəzin rəhbəri Fələstin məsələsinə dair açıq mövqeyinə görə dəfələrlə tənqid olunmuşdu.
Universitet rəhbərliyi bildirir ki, bu dəyişiklik daha balanslı və əhatəli akademik mühitin təmin olunması məqsədi daşıyır. Qərar ictimaiyyət və universitet daxilində müxtəlif reaksiyalarla qarşılanıb — bir tərəf bunu ədalətli addım kimi dəyərləndirsə də, digərləri akademik azadlığın pozulduğunu iddia edir.

