Təhsil 365 - Logo Mobile

Məktəb dərsliklərindəki “tərsliklər”

8614.12.2025 - 11:00
Məktəb dərsliklərindəki “tərsliklər”

Ümumtəhsil məktəbləri üçün dərslik hazırlama prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Dərsliklər xüsusi strategiya əsasında hazırlanmalıdır və prosesə mütləq ciddi nəzarət olmalıdır. Dərsliklərin hazırlanması işinə Elm və Təhsil Nazirliyinin birbaşa nəzarət etməsi zəruridir.

Tehsil365” “Bakı-Xəbər”ə istinadən yazır ki, dərsliklər kənarda hazırlanır. Yəni istənilən müəllif dərslik hazırlayır, onu layihə şəklində nazirliyin keçirdiyi tenderə təqdim edir. Onun layihəsinin dərslik kimi qəbul edilməsi tenderin nəticələrindən asılı olur.

Əslində isə hər kəsə dərslik yazmaq üçün icazə verilməməlidir. Xüsusi komissiya yaradılmalı və dərsliklərin müəllifləri orada müəyyən edilməlidir. Amma biz görürük ki, proses kənarda baş verir. Nazirlik də dərslik müəlliflərindən narazı qalır.

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib ki, hazırda dərsliklər daha çox fərdi müəlliflərin şəxsi yanaşmalarına əsaslanaraq hazırlanır.

Nazir bildirib ki, bu, tədris prosesində standartlaşmanın olmamasına və metodik problemlərə səbəb olur: “Hesablanmış, tədqiq edilmiş və ölçülmüş üsullardan istifadə edilərək yazılmış dərsliklərin olmaması da əsasən bu səbəbdən qaynaqlanır”.

Dərslik hazırlamaq, dərsliklərə nəzarət, müəlliflərin seçimi, dərslik layihələrinin standartlara uyğunlaşdırılması və sair nazirliyin işidir. Belə görünür ki, nazirliyin dərsliklərin hazırlanma prosesindən xəbəri yoxdur. Ən azından tenderə təqdim olunan layihələr ciddi şəkildə saf-çürük edilməlidir. Qaydalar belədir ki, dərsliklər ekspertizadan keçirilməlidir. Amma görünən odur ki, ekspertiza məsələsinə də barmaqarası yanaşılır.

Elm və Təhsil Nazirliyi dərslik hazırlanma prosesinə birbaşa başçılıq etmək əvəzinə müəlliflərin dərslikləri öz bildikləri kimi hazırladıqlarını deyir. Müəllif dərslik məsələsində müstəqil ola bilməz, bu mənada ki, o, qaydalara, standatlara əməl etməlidir. Müəllifləri özbaşına buraxanda, əlbəttə, dərslik hazırlama prosesində bu cür xaos baş verir.

Amidə Zeynalova

Xəbər Lenti

Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA15.12.2025 - 19:59
Azərbaycana qış fəsli bu tarixdə daxil olacaq15.12.2025 - 19:47
Nazir: “Müəllim sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq”15.12.2025 - 19:32
Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğura imza atdı15.12.2025 - 19:18
Vüqar Əhməd sərbəst buraxıldı15.12.2025 - 18:46
Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev15.12.2025 - 18:30
Tam ştatlı müəllim modeli ilə bağlı vacib açıqlama15.12.2025 - 18:17
“Tehsil365” İnformasiya Agentliyi ən yaxşı aparıcı müxbirlərini seçdi15.12.2025 - 18:01
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər15.12.2025 - 17:48
Astanada Türk Akademiyasının 15 illiyi və Dünya Türk Dili Ailəsi Günü qeyd olunub15.12.2025 - 17:33
“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” - Şamaxıda elmi simpozium15.12.2025 - 17:13
"İlk öncə sevgi münasibəti eşq adı altında yaranır"15.12.2025 - 17:06
Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib15.12.2025 - 17:00
“Türkman marşı”na ilk dəfə Kərkükdə musiqi klipi çəkib15.12.2025 - 16:57
Astanada Türk Akademiyasının 15 illiyi və Dünya Türk Dili Ailəsi Günü qeyd olunub15.12.2025 - 16:38
Bu uşağın valideynləri axtarılır15.12.2025 - 16:20
Cənubda yeni sitrus – armudvari limon yetişdirilir15.12.2025 - 16:15
Azərbaycan Universitetində tələbə yaralanıb15.12.2025 - 16:00
Tanınmış şair saxlanılıb15.12.2025 - 15:29
Sabah bəzi yollar buz bağlayacaq15.12.2025 - 15:15
Aydan Xəndan: "Türk dili ailəsi qardaş xalqlar arasında körpüdür"15.12.2025 - 14:57
Quba-Xaçmaz regionunda adı dəyişdirilən məktəblər15.12.2025 - 14:44
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir15.12.2025 - 14:31
TKTA innovativ məktəb modelini dəyərləndirəcək15.12.2025 - 14:16
"Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinə yekun vurulub15.12.2025 - 14:05
ADNSU ilə Gebze Texniki Universiteti arasında müzakirələr edilib15.12.2025 - 14:00
“Dini düşüncə mədəniyyəti” mövzusunda konfrans keçirilib15.12.2025 - 13:50
Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub 15.12.2025 - 13:40
Azərbaycanlı tədqiqatçılar Fransada beynəlxalq uğur qazanıblar15.12.2025 - 13:30
Yeni dil tarixi konsepsiyası yalnız ali təhsilə təsir edəcək15.12.2025 - 13:15
Ağdamda məktəbli velosipeddən yıxılaraq ölüb15.12.2025 - 12:55
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb15.12.2025 - 12:40
“Məhkəmə” “Ən yaxşı tələbə filmi” nominasiyasının qalibi olub15.12.2025 - 12:25
Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib15.12.2025 - 12:15
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib15.12.2025 - 12:00
Fransa mətbuatında azərbaycanlı fotoqrafın reportajı yayımlanıb15.12.2025 - 11:40
AMEA-da Dünya Türk Dili Ailəsi Günü münasibətilə beynəlxalq simpozium keçirilib15.12.2025 - 11:25
PMS imtahanın yekun nəticələri elan olunub15.12.2025 - 11:10
Özünəinamı aşağı olan uşaqlara necə kömək etmək olar?15.12.2025 - 10:55
Özbəkistanlı müəllimlər üçün UNEC-də intensiv təlim proqramı uğurla başa çatıb15.12.2025 - 10:40
Dilçilik İnstitutunda bu il 107 tədqiqat işi yerinə yetirilib15.12.2025 - 10:25
“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti sayı çapdan çıxıb15.12.2025 - 10:10
Emin Əmrullayev Lordlar Palatasının üzvü ilə görüşüb15.12.2025 - 10:00
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib15.12.2025 - 09:50
“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib15.12.2025 - 09:35
AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara mükafat verilib15.12.2025 - 09:20
Azərbaycan dilinin öyrənilməsi məcburi olacaq15.12.2025 - 09:10
Qiyabi təhsilin üstünlükləri və gerçəklikləri – tələbə təcrübəsindən baxış15.12.2025 - 08:59