Təhsil 365 - Logo Mobile

ASAP xarici ölkələrdə Ümummilli Liderin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

10214.12.2025 - 11:42
ASAP xarici ölkələrdə Ümummilli Liderin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Türkiyə, Gürcüstan, İtaliya və Çin Xalq Respublikasında 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tehsil365” xəbər verir ki, Türkiyənin Yalova şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platfoması (ASAP) və Yalova Universitetinin Türk Dünyası Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanlı tələbə və məzunların iştirakı etdiyi görüşdə ölkəmizin inkişaf strategiyasının müəllifi, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rola sahib Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri, həmçinin gənclərə göstərdiyi yüksək qayğıdan danışılıb. Çıxışlarda bildirilib ki, bu gün müasir və güclü Azərbaycanın əldə etdiyi nailiyyətlər dahi liderin müəyyənləşdirdiyi strateji yolun davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Daha sonra tədbir Ulu Öndərin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxlar və onun zəngin irsini əhatə edən fotosərginin nümayişi ilə davam edib.

Gürcüstanın Tbilisi şəhərində isə azərbaycanlı gənclər Ulu Öndərin həmin şəhərdə yerləşən abidəsini ziyarət ediblər. Ziyarət zamanı abidənin önünə gül çələngi qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Gənclər bildiriblər ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik ideyaları bu gün də Azərbaycan gəncliyi üçün yol xəritəsi rolunu oynayır və hər bir gəncin ölkəsinə bağlılığının, milli kimliyinin daha da güclənməsinə xidmət edir.

İtaliyanın paytaxtı Roma şəhərində də Ümummilli Liderin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini gələcək nəsillərin heç vaxt yaddan çıxarmayacağını bildirib. Səfir vurğulayıb ki, bütün həyatını Azərbaycan xalqının rifahına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına həsr edən dahi şəxsiyyət Azərbaycanın regional gücə çevrilməsi üçün siyasi-strateji kursun təməlini qoyub. O cümlədən, Ulu Öndərin həyat yolu, dövlətçilik irsi və Azərbaycanın inkişafına verdiyi misilsiz töhfələri əks etdirən “İz” filmi nümayiş olunub.

Çinin Vençjou şəhərində 12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa görüşü keçirilib. Çində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbir zamanı Ümummilli Liderin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşadığı, böyük ehtiramla yad edildiyini bildirilib. Gənclər qeyd ediblər ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik edən dahi lider dövlətçilik salnaməsində öyrənilməsinə, təbliğinə və tətbiqinə daim böyük ehtiyac olacaq irs yaradıb. Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən videoçarx nüamayiş etdirilib.

Türkiyədə keçirilən tədbirlərin davamı olaraq İstanbul şəhərində təhsil alan azərbaycanlı gənclər tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Gənclər abidənin önünə gül çələngi qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Ziyarət zamanı iştirakçılar həmçinin Ümummilli Lider Heydər Əliyevin Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmlənməsində oynadığı tarixi roldan, “bir millət, iki dövlət” fəlsəfəsinin formalaşmasındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.


Amidə Zeynalova

Xəbər Lenti

Fevralda qəbul imtahanı keçiriləcək? - RƏSMİ AÇIQLAMA15.12.2025 - 19:59
Azərbaycana qış fəsli bu tarixdə daxil olacaq15.12.2025 - 19:47
Nazir: “Müəllim sözünü düzgün yaza bilməyən müəllimlərlə sağollaşmışıq”15.12.2025 - 19:32
Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğura imza atdı15.12.2025 - 19:18
Vüqar Əhməd sərbəst buraxıldı15.12.2025 - 18:46
Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev15.12.2025 - 18:30
Tam ştatlı müəllim modeli ilə bağlı vacib açıqlama15.12.2025 - 18:17
“Tehsil365” İnformasiya Agentliyi ən yaxşı aparıcı müxbirlərini seçdi15.12.2025 - 18:01
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər15.12.2025 - 17:48
Astanada Türk Akademiyasının 15 illiyi və Dünya Türk Dili Ailəsi Günü qeyd olunub15.12.2025 - 17:33
“Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” - Şamaxıda elmi simpozium15.12.2025 - 17:13
"İlk öncə sevgi münasibəti eşq adı altında yaranır"15.12.2025 - 17:06
Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib15.12.2025 - 17:00
“Türkman marşı”na ilk dəfə Kərkükdə musiqi klipi çəkib15.12.2025 - 16:57
Astanada Türk Akademiyasının 15 illiyi və Dünya Türk Dili Ailəsi Günü qeyd olunub15.12.2025 - 16:38
Bu uşağın valideynləri axtarılır15.12.2025 - 16:20
Cənubda yeni sitrus – armudvari limon yetişdirilir15.12.2025 - 16:15
Azərbaycan Universitetində tələbə yaralanıb15.12.2025 - 16:00
Tanınmış şair saxlanılıb15.12.2025 - 15:29
Sabah bəzi yollar buz bağlayacaq15.12.2025 - 15:15
Aydan Xəndan: "Türk dili ailəsi qardaş xalqlar arasında körpüdür"15.12.2025 - 14:57
Quba-Xaçmaz regionunda adı dəyişdirilən məktəblər15.12.2025 - 14:44
“Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirilir15.12.2025 - 14:31
TKTA innovativ məktəb modelini dəyərləndirəcək15.12.2025 - 14:16
"Milli Mətbuat 150 - Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinə yekun vurulub15.12.2025 - 14:05
ADNSU ilə Gebze Texniki Universiteti arasında müzakirələr edilib15.12.2025 - 14:00
“Dini düşüncə mədəniyyəti” mövzusunda konfrans keçirilib15.12.2025 - 13:50
Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub 15.12.2025 - 13:40
Azərbaycanlı tədqiqatçılar Fransada beynəlxalq uğur qazanıblar15.12.2025 - 13:30
Yeni dil tarixi konsepsiyası yalnız ali təhsilə təsir edəcək15.12.2025 - 13:15
Ağdamda məktəbli velosipeddən yıxılaraq ölüb15.12.2025 - 12:55
BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb15.12.2025 - 12:40
“Məhkəmə” “Ən yaxşı tələbə filmi” nominasiyasının qalibi olub15.12.2025 - 12:25
Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib15.12.2025 - 12:15
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib15.12.2025 - 12:00
Fransa mətbuatında azərbaycanlı fotoqrafın reportajı yayımlanıb15.12.2025 - 11:40
AMEA-da Dünya Türk Dili Ailəsi Günü münasibətilə beynəlxalq simpozium keçirilib15.12.2025 - 11:25
PMS imtahanın yekun nəticələri elan olunub15.12.2025 - 11:10
Özünəinamı aşağı olan uşaqlara necə kömək etmək olar?15.12.2025 - 10:55
Özbəkistanlı müəllimlər üçün UNEC-də intensiv təlim proqramı uğurla başa çatıb15.12.2025 - 10:40
Dilçilik İnstitutunda bu il 107 tədqiqat işi yerinə yetirilib15.12.2025 - 10:25
“Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti sayı çapdan çıxıb15.12.2025 - 10:10
Emin Əmrullayev Lordlar Palatasının üzvü ilə görüşüb15.12.2025 - 10:00
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib15.12.2025 - 09:50
“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib15.12.2025 - 09:35
AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara mükafat verilib15.12.2025 - 09:20
Azərbaycan dilinin öyrənilməsi məcburi olacaq15.12.2025 - 09:10
Qiyabi təhsilin üstünlükləri və gerçəklikləri – tələbə təcrübəsindən baxış15.12.2025 - 08:59