Təhsil 365 - Logo Mobile

Gənc yazıçı Aydan İsmayılova: “Ədalətin Təqibində” oxucunu həqiqətlə üz-üzə qoyur

13614.12.2025 - 13:50
Gənc yazıçı Aydan İsmayılova: “Ədalətin Təqibində” oxucunu həqiqətlə üz-üzə qoyur

Gəncədə dünyaya göz açan və gənc yaşına baxmayaraq artıq oxucu auditoriyası qazanan Aydan İsmayılova çağdaş gənc yazarlar arasında diqqət çəkən imzalardandır.

"Tehsil365" xəbər verir ki, 2007-ci ildə Gəncə şəhərində anadan olan Aydan İsmayılova hazırda Gəncə Dövlət Universitetinin Tarix–Coğrafiya fakültəsinin II kurs tələbəsidir.

Yazıçı yaradıcılığa 16 yaşında başladığını bildirir. Onun sözlərinə görə, yazı zamanla daxili aləminin aynasına çevrilib:

“Yazmağa başladığım gündən etibarən sözlər mənim üçün sadəcə ifadə vasitəsi deyil, düşüncələrimi və hisslərimi əks etdirən bir güzgü oldu”, – deyə o vurğulayır.

Romanla yanaşı, müxtəlif mövzuları əhatə edən hekayələr də qələmə alan gənc müəllifin bir sıra hekayələri “Zərif Kölgələr” saytında yayımlanıb və oxucular tərəfindən maraqla qarşılanıb.

Fərhad – ədalətin tərəfini tutan obraz

Aydan İsmayılovanın hazırda üzərində düşündüyü və oxuculara təqdim etdiyi əsas əsərlərdən biri “Ədalətin Təqibində” adlanır. Əsərin baş qəhrəmanı Fərhad obrazı xüsusi psixoloji dərinliyi ilə seçilir. Müəllif bildirir ki, bu obrazı yaradarkən onun ədalətpərəst, qətiyyətli və daxili ziddiyyətlər yaşayan bir şəxsiyyət olmasına xüsusi önəm verib.

Fərhadın xarakterinin formalaşmasında uşaqlıq travmaları, atası ilə bağlı ağır hadisələr və hüquq yolunu seçməsi əsas rol oynayır. Atasının taleyi və qətl hadisəsi əsərdə ədalət və həqiqət mövzularını daha da gücləndirir. Fərhad hisslərinə deyil, faktlara əsaslanaraq hərəkət edir və bu da onu oxucu üçün həm mürəkkəb, həm də inandırıcı bir obraz kimi təqdim edir.

Hüquqi reallıq və mənəvi seçimlər

Əsərdə təsvir olunan hüquqi proseslər reallığa uyğun qurulub. Müəllif hüquq sahəsində birbaşa təcrübəsi olmasa da, araşdırmalara və hüquqi mənbələrə əsaslandığını qeyd edir:

“Məqsədim vəkilin qarşılaşdığı çətinlikləri və hadisələrin gedişini mümkün qədər real göstərmək idi”, – deyə Aydan İsmayılova bildirir.

Fərhadın sevgi və ailə münasibətləri bəzən onun peşə prinsipləri ilə toqquşur. Lakin o, bütün hallarda ədalətli və doğru qərar verməyə çalışır. Əsərin sonunda isə atası ilə bağlı bütün sirlər açılır və həqiqət oxucuya aydın şəkildə təqdim olunur.

Oxucuya verilən mesaj

Gənc yazıçı əsərlə vermək istədiyi əsas mesajın ədalət və həqiqətin hər zaman önəmli olması olduğunu deyir. Onun fikrincə, həyatdakı çətinliklərə və haqsızlıqlara baxmayaraq insan doğru olanı axtarmalıdır.

“Həqiqət bəzən görünməz olur, amma onu üzə çıxarmaq mümkündür”, – deyə o əlavə edir.

Əsərin ekranlaşdırılması məsələsinə də toxunan Aydan İsmayılova bildirir ki, bu, bir qədər oxucuların münasibətindən asılıdır:

“Əgər Fərhad obrazını həqiqətən sevərlərsə, niyə də olmasın? Ekranlaşdırma təklifi olarsa, məmnuniyyətlə qəbul edərdim. Aktyor seçimi barədə isə hələ düşünməmişəm”.

Hazırda “Ədalətin Təqibində” üzərində düşünən və yaradıcılıq yolunu davam etdirən Aydan İsmayılova gənc yaşına baxmayaraq ədəbiyyatda öz sözünü deməyə iddialı yazarlardandır.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Məktəbin direktor müavini vəfat etdi24.03.2026 - 19:55
İmtahandakı yazıb-pozan qələmlərlə bağlı rəsmi açıqlama24.03.2026 - 19:48
On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir24.03.2026 - 19:40
Macarıstanla kitabxana işi sahəsində əməkdaşlıq imkanları araşdırılır24.03.2026 - 19:32
ADNSU tələbələri Cenevrədə beynəlxalq sərgidə uğur qazanıblar24.03.2026 - 19:25
Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı24.03.2026 - 19:18
Bədii mətnlərlə işləmək uşaqlarda analitik düşüncəni inkişaf etdirirmi? – Psixoloq açıqladı24.03.2026 - 19:12
Uşaqlarda özünə inamın formalaşması üçün bağçada hansı metodlar tətbiq olunmalıdır? – Ekspert açıqladı24.03.2026 - 19:05
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib24.03.2026 - 18:56
İnfakrtdan sonra ürəyi bərpa edəcək iynə hazırlandı24.03.2026 - 18:52
Stres xərçəng yaradır? 24.03.2026 - 18:44
Özünə süni intellekt agenti yaradır24.03.2026 - 18:38
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb24.03.2026 - 18:32
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir24.03.2026 - 18:18
Şamaxı Avropa liseyinə media-tur təşkil olunub24.03.2026 - 18:14
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb24.03.2026 - 18:02
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz24.03.2026 - 17:55
Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR24.03.2026 - 17:48
Hər gün darçınlı su içsəniz bədəninizdə nə baş verər ?24.03.2026 - 17:45
Yer kürəsi üçün böyük TƏHLÜKƏ24.03.2026 - 17:42
"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb24.03.2026 - 17:35
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib24.03.2026 - 17:34
Astronomlar kainatın sirlərini açıqlayır24.03.2026 - 17:25
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir? 24.03.2026 - 17:24
Dünya Bankı uşaqların təhsilinə dəstək verir24.03.2026 - 17:18
İndoneziyada tarixi tapıntı: Bəşəriyyətin ən qədim əl izi aşkar edildi24.03.2026 - 17:15
Nardaran ABAD Keramika Mərkəzi: Qədim ənənələrin müasir sənət əsərlərinə çevrilməsi 24.03.2026 - 17:12
Alimlər həyatın mümkün ola biləcəyi yeni planetlər kəşf ediblər 24.03.2026 - 17:05
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb - Hesabat24.03.2026 - 17:00
"Yango Azerbaijan" ilə İnnovasiya Agentliyi arasında strateji əməkdaşlıq 24.03.2026 - 16:55
"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür24.03.2026 - 16:45
ABŞ-də kibertəhdidlər və süni intellektlə mübarizə üçün yeni idarə yaradıldı24.03.2026 - 16:35
Qarabağ Peşə Hazırlığı Mərkəzində 1650 nəfər hazırlıq kurslarına cəlb olunub24.03.2026 - 16:25
SOCAR Georgia Petroleum tələbələr üçün İş və Təhsil Proqramı elan edib24.03.2026 - 16:05
Müəllimlər “TəhsilPlus” kartlarını necə əldə edə bilərlər?24.03.2026 - 16:00
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - Rəsmi Açıqlama24.03.2026 - 15:50
Bağçada müəllim işləmək istəyənlərin nəzərinə !24.03.2026 - 15:40
Nabat Mirzəyeva: “Halüsinasiyalar davamlı olarsa, bu sadə hal deyil və mütləq mütəxəssisə müraciət edilməlidir”24.03.2026 - 15:20
Adil Qeybulla: “Gözaltı qaralmalar çox vaxt dərialtı piy təbəqəsinin dəyişməsi ilə bağlıdır”24.03.2026 - 15:10
Mətanət Əliyeva: “Qorxunu tam yox etmək deyil, onu idarə etməyi öyrənmək vacibdir”24.03.2026 - 15:00
Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"24.03.2026 - 15:00
Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək24.03.2026 - 14:55
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir24.03.2026 - 14:36
Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər24.03.2026 - 14:25
Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb24.03.2026 - 14:11
Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib24.03.2026 - 13:57
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ24.03.2026 - 13:43
ÜST: Dünyada 350 milyondan çox insan depressiyadan əziyyət çəkir24.03.2026 - 13:30