1993-cü ilin 15 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə qarşı Kəlbəcər istiqamətində hərbi əməliyyat həyata keçirilib.
“Təhsil365” xəbər verir ki, Bu əməliyyat Qarabağ müharibəsi çərçivəsində baş verən mühüm döyüşlərdən biri hesab olunur. Məqsəd Kəlbəcər rayonunun düşmən nəzarətindən azad olunması və ərazi bütövlüyümüzün bərpası idi.
Döyüşlər çətin relyef və sərt iqlim şəraitində aparılsa da, Azərbaycan əsgərlərinin qəhrəmanlığı və iradəsi ön plana çıxmışdı.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu, BMT Təhlükəsizlik Şurası tərəfindən də pislənmişdi.
Kəlbəcər əməliyyatı Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda apardığı mübarizənin mühüm səhifələrindən biri kimi tarixə düşüb.

