2007-ci ilin 15 dekabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “Qarabağnamə” operasının möhtəşəm premyerası keçirilib.
“Tehsil365” xəbər verir ki, Əsər Qarabağ torpağının ağrılı tarixi və vətənpərvərlik ruhunu əks etdirir. Musiqili dramaturgiyası və emosional dərinliyi ilə seçilən opera milli musiqi irsimizin müasir səhnə təqdimatında mühüm yer tutur.
“Qarabağnamə” Firəngiz Əlizadənin həm klassik musiqi irsinə, həm də Qarabağ mövzusuna verdiyi töhfə kimi dəyərləndirilir və mədəniyyət tariximizdə əlamətdar hadisə sayılır.

