15 dekabr 1918-ci ildə Bakı quberniyasının Maştağa kəndində anadan olan Məzahir Həmid oğlu Abasov həm aviasiya sahəsində, həm də elmi-pedaqoji fəaliyyətdə böyük xidmətlər göstərmiş nüfuzlu şəxsiyyətlərdən biridir.
“Tehsil365” xəbər verir ki, O, peşəkar təyyarəçi kimi fəaliyyət göstərməklə yanaşı, tarix elmləri doktoru, professor kimi də tanınıb. Məzahir Abasovun elmi araşdırmaları, xüsusən də aviasiya tarixi və hərbi-strateji mövzularda apardığı tədqiqatlar müvafiq sahəyə dəyərli töhfələr verib.
1998-ci ildə Azərbaycan Respublikasının ali dövlət təltiflərindən biri olan “Şöhrət” ordeni ilə təltif edilən Abasov, ömrü boyu xalqına xidmət edən, vətənpərvər ziyalı kimi yadda qalıb.
O, 3 fevral 2002-ci ildə Bakıda vəfat edib. Məzahir Abasovun xatirəsi həm Azərbaycan elmi, həm də aviasiya tarixində daim ehtiramla anılır.

