1928-ci ildə Ağbulaq kəndində anadan olan İmran Mehralı oğlu Həsənov, xalq arasında Aşıq İmran kimi tanınır.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycanın ustad aşıqlarından biri olaraq, zəngin musiqi irsi və yaradıcılığı ilə seçilib.
Aşıq İmran Azərbaycan SSR əməkdar mədəniyyət işçisi adına layiq görülmüş, 7 aşıq havasının müəllifi olmuşdur. 12 aşığa ustadlıq edən sənətkar uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri kimi fəaliyyət göstərmişdir.
Onun sənəti Azərbaycan aşıq sənətinin inkişafında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır. Aşıq İmran 15 dekabr 1999-cu ildə vəfat etmişdir.

