15 dekabr 1946-cı ildə Bakının Əmircan qəsəbəsində dünyaya gələn Rövşən Ramiz Məmmədəli oğlu çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarındandır.
“Tehsil365” xəbər verir ki, Şair, yazıçı, esseist, kinossenarist və tərcüməçi kimi fəaliyyət göstərən sənətkar, həmçinin 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rövşən Ramiz poetik dili, fəlsəfi dərinliyi və milli düşüncə tərzi ilə seçilən çoxsaylı əsərlərin müəllifidir. Onun yazdıqları oxucular tərəfindən yüksək dəyərləndirilmiş, ədəbiyyatımıza yeni nəfəs və yanaşma gətirmişdir.
Ədəbi fəaliyyətinə görə 2019-cu ildə ona "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adı verilmiş, 2025-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
Rövşən Ramiz, sözə olan dərin münasibəti və ədəbi irsi ilə ölkəmizin ədəbi-mədəni həyatında mühüm yer tutur.

