15 dekabr 1971-ci ildə Vartaşendə (indiki Oğuz rayonu) anadan olan Ləman Aləşrəf qızı İsmayılova Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən peşəkar media nümayəndəsidir.
“Tehsil365” xəbər verir ki, Veriliş redaktoru, köşə yazarı və LAF TV-nin direktoru kimi fəaliyyət göstərən Ləman İsmayılova mediada obyektivliyi, analitik düşüncə tərzi və ictimai fəallığı ilə tanınır.
Jurnalistikada uzun illər göstərdiyi uğurlu fəaliyyətinə görə 2015-ci ildə ona “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı verilib.
Peşəkarlığı və ictimai mövqeyi ilə fərqlənən Ləman İsmayılova bu gün də media sahəsində aktiv fəaliyyət göstərməkdədir.

