1872-ci ildə Lənkəran şəhərində anadan olan Hacı Mirzə Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış şəxsiyyətlərdən biridir.
“Tehsil365” xəbər verir ki, O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü kimi ölkənin müstəqillik mübarizəsində fəal iştirak etmişdir.
Hacı Səlim Axundzadə 15 dekabr 1930-cu ildə İranın Ənzəli şəhərində dünyasını dəyişmişdir. Onun fəaliyyəti Azərbaycan tarixində xüsusi yer tutur və milli mücadilənin mühüm simalarından biri kimi yaddaşlarda qalır.

