15 dekabr 1919-cu ildə Lənkəranda dünyaya gələn Balaoğlan Mirzağa oğlu Abbasov İkinci Dünya müharibəsi dövründə göstərdiyi igidliklə yadda qalan Azərbaycanlı hərbçilərdən biridir.
“Tehsil365” xəbər verir ki, Sovet Ordusunda baş çavuş rütbəsində xidmət edən Abbasov peşəkar snayper kimi cəbhədə ciddi uğurlar qazanıb. Onun döyüşlərdə göstərdiyi şücaət, düşmənə vurduğu ağır zərbələr onu həm silahdaşları, həm də komandanlıq arasında tanınmış şəxsə çevirmişdi.
Balaoğlan Abbasov 23 noyabr 1942-ci ildə Volqoqrad vilayətində gedən qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub. O, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi fədakarlığın və vətənə bağlılığın simvolu kimi yaddaşlara həkk olunub.
Onun qəhrəmanlığı daim ehtiramla yad edilir.

