Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, istedadlı rejissor Oleq Namazovun 65 yaşı tamam olur.
“Tehsil365” xəbər verir ki, 14 dekabr 1960-cı ildə anadan olan Oleq Namazov ölkə kino sənətində özünəməxsus imzası ilə seçilən yaradıcı simalardan biridir.
1997-ci ildə görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun "Ailə", "Etimad telefonu", "Xalqlar Dostluğu Muzeyi" kimi filmlərində rejissor assistenti kimi fəaliyyətə başlayan sənətkar, sonrakı illərdə "ANS" və "SPACE" kanalları üçün hazırladığı süjetlərlə geniş auditoriyanın diqqətini cəlb edib.
2000–2004-cü illərdə "Yaxın uzaq diyar", "106 nömrəli avtobusda partlayış" kimi sənədli filmlərin ssenari müəllifi və rejissoru kimi çıxış edən Oleq Namazov, 2001-ci ildən etibarən "İbrus" Teatrında ədəbi hissə müdiri kimi də çalışıb. 2007–2018-ci illərdə müxtəlif kino şirkətləri ilə əməkdaşlıq edən rejissor, 2019–2022-ci illərdə Rüstəm İbrahimbəyovun ideyasına əsasən çəkdiyi "Şərq-Qərb" sənədli filmi ilə yadda qalıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Oleq Namazovu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və kino sahəsində davamlı nailiyyətlər arzulayır!

