"Təhsildə könüllü fəaliyyətin təşkili" qrant müsabiqəsinin qalibi olan "Azərbaycan Uşaqları" İctimai Birliyinin həyata keçirdiyi "Uğurlu gələcək üçün etibarlı dəstək" layihəsi Elm və Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında uğurlu əməkdaşlıq nümunələrindəndir.
“Tehsil365” xəbər verir ki, Layihə çərçivəsində ağır sosial şəraitdə yaşayan ailələrin, eləcə də cəzaçəkmə müəssisəsində olan şəxslərin övladları üçün sosial reabilitasiya tədbirləri görülüb.
Əsas məqsəd bu kateqoriyaya daxil olan uşaqların cinayətkarlıqdan uzaqlaşdırılması, hüquq və cəmiyyət normalarına uyğun yaşamalarının təşviq edilməsi, sosial adaptasiya və tamhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyasıdır.
Layihə çərçivəsində uşaqlara kompleks dəstək, psixoloji yardım və maarifləndirici tədbirlər də təşkil olunub. Bu təşəbbüs gələcəkdə daha geniş miqyasda icra ediləcək analoji layihələr üçün örnək hesab olunur.

