Rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilini öyrənməsi məcburi olacaq. Gələcək illərdə Azərbaycan tarixi fənninin ana dilində tədrisinin bütün sinifləri əhatə etməsi planlaşdırılır. Eyni zamanda rus dilində keçilən bəzi fənlərin də Azərbaycan dilində aparılması nəzərdən keçirilir.
“Tehsil365” xəbər verir ki, bu fənlərin hansılar olacağı və tətbiqin nə vaxt başlayacağı hələlik dəqiqləşməyib. Mütəxəssislər bu addımı müsbət qiymətləndirsələr də, rus bölməsində oxuyan şagirdlər üçün müəyyən çətinliklər yarana biləcəyini qeyd edirlər. Məqsəd isə şagirdlərin Azərbaycan dilindən istifadəsini artırmaq və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarını təmin etməkdir.

